"ƏBÜLFƏS QARAYEV HACIBALA ABUTALIBOVA MƏKTUB GÖNDƏRMİŞDİ Kİ..." - Sabiq Aparat rəhbərinin məhkəməsi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə R.Quliyev bildirib ki, ona qarşı irəli sürülən ittihamlar yalnız vəzifə səlahiyyəti olan şəxslər tərəfindən törədilə bilər: "Bu işdə olan rəsmi məktublardan görünür ki, mən səlahiyyətli şəxs olmamışam, sərəncamı imzalaya bilməzdim".

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə virtualaz.org-un xəbərinə görə, Şəhərsalma və Arxitektura Komitəsinin hüquqi nümayəndəsi Rüfət Muradov məhkəməyə bildirib ki, cinayət işi materiallarında təqsirləndirilən şəxsin imzaladığı sərəncam yer alır. (Bakının D.Əliyeva küçəsində arxitekturalı binanın sökülməsinə və yerində yeni çoxmərtəbəli binanın inşasına icazə verən sərəncam, - red.)

“Həmin bina 1893-ci ilə aiddir. Bu tarixi memarlıq abidəsi sökülərək yerində yeni bina inşa olunub. Tikinti zamanı ara məsafələr pozulub, tikinti normalarına riayət olunmayıb, hüquqi normalar pozulub", - zərərçəkmiş tərəfin nümayəndəsi deyib.

Daha sonra Rasim Quliyevə suallar veriblər. Keçmiş Aparat rəhbəri bir daha israr edib ki, bu binanın sökülməsində onun günahı yoxdur, çünki D.Əliyeva küçəsindəki həmin ünvanda 2015-ci ildən tikinti-söküntü işləri başlamışdı. 

Tikinti işlərinin aparılması üçün isə 2017-ci ildə onun şəhər başçısının müavininin səlahiyyətlərini icra edən şəxs qismində imzaladığı sərəncama ehtiyac olmayıb: "Həmin sərəncamı o vaxt Bakı Şəhər İcra Hakimiyyətinin tərkibində olan Memarlıq və Şəhərsalma Baş İdarəsi hazırlayırdı. Dilarə Əliyeva küçəsi, 141-də mənim sərəncamımdan əvvəl dörd mərtəbə inşa olunmuşdu. Mənim imzaladığım sərəncamdan sonra isə beşinci mərtəbədə müəyyən işlər aparılıb."

R. Quliyev məhkəməyə o vaxt mədəniyyət naziri olan Əbülfəz Qarayev tərəfindən baş nazirin müavini vəzifəsini tutan Hacıbala Abutalıbova həmin tarixi əhəmiyyətli bina ilə bağlı məktub göndərildiyini də deyib. 

“Məktubda yazılıb ki, Dilarə Əliyeva küçəsi 141 və 145 saylı binalar tarixi əhəmiyyətinə görə dövlət nəzarətinə götürülüb. Amma "Qış parkı"nda aparılan tikinti zamanı deformasiyaya uğrayıb, çatlar əmələ gəlib, yararsız vəziyyətə düşüb. Mənə həm də 308.2-ci maddə ilə ittiham verilib. Bu ittiham yalnız vəzifə səlahiyyəti olan şəxslər tərəfindən törədilə bilər. Rəsmi məktublardan da görünür ki, mən səlahiyyətli şəxs olmamışam"- R.Quliyev əlavə edib.

Prokuror Eldar Həmzəyev isə Rasim Quliyevi ona qarşı irəli sürülən ittiham üzrə danışmağa çağırıb. Dövlət ittihamçısı deyib: “Bakı şəhər İcra Hakimiyyəti başçısının vəzifələrini mənimsəyib sərəncam imzalamısız. Siz bütün sərhədləri aşaraq özünüzü icra başçısının səlahiyyətlərini icra edən şəxs kimi aparmısınız. Gah Aparat rəhbəri, gah müavin, gah da icra başçısının sələhiyyətlərini icra etmisiz. İttiham budur".

Hakim isə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsindən bu məsələ ilə bağlı bütün rəsmi sənədlərin növbəti günlərdə məhkəməyə təqdim etməsini istəyib.

Məhkəmə prosesi sentyabrın 20 -də davam edəcək.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılır.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi sentyabrın 20-də davam etdiriləcək.

635x100

Şərhlər

RR 2021-09-14 06:05:28

Naqillar dûnyasindayiqeee Vallahi !!!

OXUCU 2021-09-14 00:45:58

BU ACIBALANIN BİR MƏRİFƏTLİ ŞƏKLİ YOX İDİMİ.NƏ ŞƏKİLDİ QOYMUSUZ BURA.GECƏ VAXTI ADAM QORXUR.ELƏ BİL CİN CƏHƏNNƏMDƏN QAÇIB. ADAM

Alim 2021-09-13 23:32:45

Ölkə dahi filosofunu, AMEA-nın gələcək prezidentini itirmək üzrədir. Dissertasiya müdafiəsi ərəfəsində görkəmli filosof Rasim Quliyevi həbs etdilər. “101” rasimçinin müraciətinə Prezident məhəl qoymadı. İxtisasca geofizik olan Rasimin Fəlsəfə İnstitutunda müdafiə etmiş ixtisasca inşaatçı olan filosof qardaşı Bəhruz yaxşı ki azadlıqdadır.

Oxucu 2021-09-13 23:23:01

Hər kəs öz işi ilə məşğul olmalıdır. Geofizik gedib Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə müştəri arasında maklerlik edəndə, məhkəmələrdə onun-bunun üzünə duranda, ondan-bundan məqalələr yazıb başqalarının adından qəzetlərdə çap etdirəndə bilməli idi ki, axırda həbsxanaya düşəcək. Geofiziksən get dağda-daşda təmiz havada gəz! Yığdıqlarını onsuz da o-bu yeyəcək. Milyonlarını həbsxanadan çıxmağa sərf edəcəksən. Verməsən səni buraxan deyillər. Ağlın Akif Məhərrəmova getməsin! O vaxt Hacıbala vəzifədə idi, vəzifəsinin xətrinə Akifi il yarımdan sonra çıxartdı.

Xalq 2021-09-13 18:59:40

Niyə H.Abutalıbov məsuliyyət daşımır, lakin müvəqqəti işçinin üzərinə atılır bütün məsuliyyət. Hanı burada ədalət? Oğrular qıraqda qalıb lakin şərrədikləri adamı içəriyə salmaq istəyirlər? Bəs H.Abutalıbovun günahı yoxdur? Oğlu 20 milyonluq otel alıb Türkiyədə?

Eli 2021-09-13 15:08:20

Bu ölkede qeribe be gülmeli işler baş verir.Bakı şeher İcra Hakimiyyetinin apparat rehberi meveqqeti müavin vezifesini icra ederken bir iki obyektin tikintisine icaze berdiyine göre mesuliyyete celb olunub ki,qanunsuzluğa yol verilib ceza almalıdır.Başçı ve onun müsvinleri bu işden kenarda qalıb yeni onlar günahkar deyil ve işledikleri müddetde heç bir qanunsuzluqlara yol bermeyibler baxmsyaraq ki onların baxtında Bakının az qala yatısı yeniden tikilib.Mentiqle onlara Dövletin bu qüsursuz işleriine göre en yüksek mükafatları verilmelidir.

Eli 2021-09-13 14:59:49

Qeribe işler var bı ölkede.Bakı Şeher İcra Hakimiyyetinşn apparst rehberi meveqweti

Son yazılar