Pakistanın Baş naziri İmran Xan Çin şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirib.
Bu barədə sentyabrın 13-də «Pakistan Radiosu» xəbər verib.
İmran Xan bəyan edib ki, Pakistan hökuməti biznesin sadələşdirilməsinə yönəlmiş siyasət yeridir. Baş nazir əlavə edib ki, investorlar üçün prosedur sadələşdirilir və onlara güzəştlər təqdim olunur. İmran Xan əmin edib ki,o, şəxsən hər ay problemlərin həlli üçün keçiriləcək iclaslara sədrlik edəcək.
Onun sözlərinə görə, Pakistan sənayenin inkişafı sferasında Çindən çox şey öyrənib. O, qeyd edib ki, Çin investisiyaları Pakistanda işlə təmin olunmaq imkanları yaradacaq, insan resursları isə təcrübə əldə edəcək. Pakistan iqtisadiyyatında investisiyalarda maraqlı olan sahələrdən İmran Xan kənd təsərrüaftını, balıqçılığı, meyvə və tərəvəz istehsalını, informasiya texnologiyalarını və kiçik istehsalın adlarını çəkib və əlavə edib ki, hökumət investorları dəstəkləyəcək.
Bundan əvvəl xəbər verildiyi kimi, Pakistanın ABŞ-dakı eks-səfiri Səidə Abidə Hüseyn rəsmi İslamabadı ABŞ-dan oriyentasiyanı dəyişməyə və Çin və Rusiyaya diqqət cəmləməyə çağırıb.
AzPolitika.info


Şərhlər