Menu

Hərbi posta hücum: 25 ölü

25.10.2014, 10:01
Hərbi posta hücum: 25 ölü

Polis hücumun cihadçı qruplaşma tərəfindən həyata keçirildiyini deyib.

Misirin Sinay yarımadasında silahlı zorakılıq faktı qeydə alınıb. Məlumata görə, silahlı şəxs hərbi posta hücum edib. Hücum zamanı avtomobilə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində azı 25 hərbiçi ölüb, onlarla təhlükəsizlik xidməti əməkdaşları yaralanıb.

Faktla bağlı istintaq araşdırması başlabılı. Polis hücumun cihadçı qruplaşma tərəfindən həyata keçirildiyini deyib. Ölkə prezidenti Abdul Fəttah əl-Sisi Sinay yarımadaındakı vəziyyəti müzakirə məqsədilə milli təhlükəsizlik şurasının fövqəladə iclasını çağırıb.

Bir qədər əvvəl cihadçılar İsrail sərhədlərinə raketdən atəş açmışdılar. Nəticədə iki israilli əsgər yaralanmışdı. /Euronews

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol