GUAM Azad Ticarət Zonası ilə bağlı yekun sənəd imzalanacaq

“Bu il GUAM ölkələri arasında Azad Ticarət Zonasının yaradılması haqqında sazişə sonuncu əlavə protokolun imzalanması planlaşdırılır”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik təşkilatın Milli Koordinatorlar Şurasının 56-cı toplantısında deyib.

Onun sözlərinə görə, zonanın yaradılması regionda ticarət həcminin artırılmasına imkan verəcək.

Nazir müavini həmçinin qeyd edib ki, GUAM çərçivəsində nəqliyyat infrastrukturunun inkişafına da xüsusi diqqət ayrılacaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar