Menu

Azərbaycanın siyasi partiyalarının nümayəndələri Türk Şəhidliyini ziyarət ediblər - Fotolar

15.09.2021, 12:32
Azərbaycanın siyasi partiyalarının nümayəndələri Türk Şəhidliyini ziyarət ediblər - Fotolar

Azərbaycanda bir qrup siyasi partiyaların nümayəndələri Bakının işğaldan azad olunmasının 103-cü ildönümü münasibətilə Bakı Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

“Report”un xəbərinə görə, ziyarətdə Yeni Azərbaycan Partiyasının sədr müavini Tahir Budaqov, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova, REAL Partiyasının üzvləri, deputat Erkin Qədirli və Natiq Cəfərli, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev iştirak ediblər.

Ziyarətçilər arasında partiyaların rəhbər şəxsləri ilə yanaşı, digər funksionerləri də olub.

Onlar Bakının azadlığı uğrunda canından keçən qəhrəman Azərbaycan və Türkiyə əsgərlərinin xatirəsini ehtiramla yad ediblər, Türk Şəhidliyi abidəsinin önünə güllər düzüblər.

Şərhlər

Cəfər 2021-09-15 14:38:16

Hörməli azpolitika heç olmasa maraqlanaydınız ki, Nuru paşanın portretini və əklili hansı partiya oraya gətirib. Bozqurlar !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol