Menu

“Prime TV”-nin 1 yaşı tamam olur – “Bu dönəmin xəbərçisi və salnaməçisi olmağın qürurunu yaşayırıq”

15.09.2021, 12:46
“Prime TV”-nin 1 yaşı tamam olur – “Bu dönəmin xəbərçisi və salnaməçisi olmağın qürurunu yaşayırıq”

Bu gün Azərbaycanda yayımlanan internet televiziyalarının içində öz dəsti-xətti ilə seçilən "Prime TV"-nin 1 yaşı tamam olur.

Kanalın yaradıcılarından biri, tanınmış jurnalist Aygün Muradxanlı qeyd edir ki, şüarı “Silahımız söz, amalımız Turan" olan televiziyanın təsis gününün Bakının Turan orduları tərəfindən işğaldan azad olunması günü ilə üst-üstə düşməsi təsadüfi deyil: "1 ildə az yol gəlmədik, artıq xəbər və efir qarmaşasında öz yerimiz var. Üç dildə - türkcə, rusca, ermənicə yayın veririk, çox bəyənilən tarix proqramımız var. "Turan Masası"nda güneyli-quzeyli Azərbaycanın problemləri müzakirəyə çıxarılır. Ən önəmlisi, amalımız dövlətimizin ideolojisinə çevrilib - 30 il uğrunda mücadilə verdiyimiz bir davanın bəhrəsini görməyə başlamışıq. Torpaqlarımız işğaldan azad olunur, Azərbaycanın nüfuz coğrafiyası sürətlə genişlənir. Azərbaycan göz önündə yenidən qurulur. Bu dönəmin xəbərçisi və salnaməçisi olmağın qürurunu yaşayırıq".

"AzPolitika.info"-nun kollketivi olaraq həmkarlarımızı təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol