Menu

15 sentyabr “Paytaxt günü” elan edilsin! – “Bakıda xilaskarların şərəfinə abidə qoyulmalıdır”

15.09.2021, 13:44
15 sentyabr “Paytaxt günü” elan edilsin! – “Bakıda xilaskarların şərəfinə abidə qoyulmalıdır”

Tanınmış telejurnalist, professor Qulu Məhərrəmli Bakının 103 il əvvəl erməni-bolşevik işğalından azad edildiyi 15 sentyabr tarixinin "Paytaxt günü" elan olunması təşəbbüsü ilə çıxış edib.

O, bununla bağlı "Facebook" səhifəsində qeydlərini paylaşıb: "Hələ 1994-cü ildə AzTV-də - “7 gün” verilişində Bakının bolşevik-daşnak işğalından azad olunması ilə bağlı mərhum professor Şirməmməd Hüseynovla danışarkən belə bir təklif səslənmişdi: 15 sentyabr "Paytaxt günü" elan olunsun və Bakıda xilaskarların, o cümlədən Nuru Paşanın şərəfinə abidə qoyulsun!"

Qulu Məhərrəmli daha sonra qeyd edib ki, biz 103 il əvvəl Bakını işğaldan xilas etmiş qardaş Türkiyəni, onun Qafqaz İslam Ordusunun tarixi xidmətlərini ehtiramla yad edir, “Paytaxt günü” ideyasının reallaşmasına ümidimizi itirmirik!

"AzPolitika.info"

Şərhlər

TARIX 2021-09-15 16:45:45

COX GÖZƏL TƏKLİFDİR.

Xalq 2021-09-15 16:01:30

Təklifi tam şəkildə dəstəkləyirik!

Eli 2021-09-15 15:13:55

Qulu müellifin teklifi çox gözel teklifdir.Düzdür biz bu medrleni gerek çoxdsn hell edredik.Ancaw bu mesele Mütleq gerek öz hellini taosın ve tapar da yeqin.Axı Kişi Kişiniin haqqını danmamalıdır ve bu Allah yanında da Günah hesab olunur.

Zanzibar 2021-09-15 13:56:46

O xilaskari bize 103 il unuddurmag isteyirler! Hele hindiki hokumet daxil. Amma xalg onu hemishe üreyinde saxlayıb!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol