“Azərbaycan Ordusu işğal altında olan torpaqlarının azad edilməsi zamanı Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə qazandı”.
Bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin açılışındakı çıxışında bildirib.
Nazir bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatlar zamanı daim Türkiyənin dəstəyini görüb: “Müharibə vaxtı Türkiyə Prezidenti, Türkiyə milli müdafiə naziri və digər yüksək vəzifəli şəxslər Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək verib. Onların bəyanatları Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığın bütün dünyaya göstərib. Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Türkiyə tərəfindən göstərilən dəstəyə dərin təşəkkürümü bildirirəm”.
Zakir Həsənov bildirib ki, Azərbaycan və Türkiyə arasında hərbi təlimlər davam edəcək:“Son dövrlər keçirilən təlimlər nəticəsində Azərbaycan Ordusu böyük təcrübə qazanıb. İki ölkə arasında keçirilən təlimlər bundan sonra da davam edəcək”.


Şərhlər
Çox düz deyir bizim hörmetli Qalib Nazirimiz Türkiyye Bizim Qardaşımız Türkiyye bizim vuat Üreyimizdir.Yaşasın Türkiyye -Azerbaycan Qardailığı ,Dostluğu Üca Allah Turkü qorusun!!!