Türkiyənin Milli Müdafiə Nazirliyi Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə paylaşım edib.
"Report"un xəbərinə görə, paylaşımda deyilir:
"Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu 103 il əvvəl Bakını işğaldan azad etdi və azərbaycanlı qardaşlarımızın qəlbində bir taxt qurdu. Bu xüsusi günü ürəkdən qeyd edir, şəhidlərimizin və qazilərimizin əziz xatirəsini hörmətlə yad edirik", - paylaşımda bildirilib.
Nuri (Killigil) Paşa komutasındaki Kafkas İslam Ordusu, 103 yıl önce Bakü’yü işgalden kurtararak, Azerbaycanlı kardeşlerimizin gönlünde taht kurdu. Bu özel günü gönülden kutluyor, şehitlerimizi ve gazilerimizi rahmet, minnet ve şükranla anıyoruz. #TekMilletİkiDevlet pic.twitter.com/5WLG3xVrnx
— T.C. Millî Savunma Bakanlığı (@tcsavunma) September 15, 2021


Şərhlər