Menu

Rusiyalı azarkeşlər Mahir Emrelinin komandasına təhqiramiz cavab verib

15.09.2021, 16:22
Rusiyalı azarkeşlər Mahir Emrelinin komandasına təhqiramiz cavab verib

Rusiyanın "Spartak" komandasının azarkeşləri Polşa "Legiya"sının Moskvada media lövhəsi yerləşdirməsinə cavab verib.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, fanatlar lövhənin önünə təhqiramiz pankart yerləşdirib.

Varşava təmsilçisi görüşdən əvvəl azərbaycanlı futbolçu Mahir Emrelinin də yer aldığı fotonu "Moskva, geri qayıtdıq" yazısı ilə şəhərin mərkəzində göstərib. Buna cavab olaraq, "Spartak" fanatları Polşada məşhur söyüş sayılan banneri asıblar.

Qeyd edək ki, bu gün "Spartak" və "Legiya" arasında keçiriləcək Avropa Liqasının qrup mərhələsinin I tur oyunu Bakı vaxtı ilə saat 18:45-də başlayacaq. Moskva klubu 2011-ci ildə evdə Avropa Liqasının oyununda "Legiya"ya 2:3 hesabı ilə uduzub.

Şərhlər

rusa 2021-09-15 17:22:11

spartak kurva!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol