“Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğu qədər milyardlarımız yoxdur. Nəzərə almaq lazımdır ki, 15 qəpiklə heç kim kasıblamaz ,amma dövlətin digər xərclərini ödəmək mümkündür”.
"AzPolitika" "Hurriyyet"ə istinadla xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Deputat bildirib ki, benzinin bahalaşması ilə bağlı vətəndaşların narazılığı başadüşüləndir:
“Nəzərə almaq lazımdır ki, bahalaşma ilə yanaşı ölkədə müsbət istiqamətdə də dəyişiliklər olur. Misal üçün, təqaüdçülərin sosial təminatının yaxşılaşdırılması üçün onların müavinətlərinin artırılması ilə bağlı qərar qəbul edilib. Bu, sevindirici haldır. Lakin benzin qiymətinin qalxması, doğrudan da, təkcə sürücülərə təsir etmir. Yükdaşımaları zamanı məhsulun qiymətinə də təsir edir. Yəni benzinin qiymətinin qalxması, belə demək mümkünsə, elə bütün vətəndaşları narahat edən məsələdir. A-95 markalı benzindən daha çox bahalı və xarici avtomobillərdə istifadə edilir. Biz də xidməti avtomobilimizdə Aİ-95 markalı benzindən istifadə edirik, xərclər parlament tərəfindən qarşılanır. Təbii ki, bu şərt deyil, çünki bütün vətəndaşların buna imkanı çatmır. Amma istənilən halda, ölkənin vəziyyətini nəzərə almaq lazımdır. Xərclər çoxdur, istər Vətən müharibəsi, istərsə də koronavirus pandemiyası xərclərimizi xeyli artırdı. Həmçinin, Qarabağın yenidən qurulması və bərpası istiqamətində də ciddi işlər gedir ki, bu da, xərc tələb edir”.


Şərhlər
Heyif bu millətin belə deputatı var
Bele agsaqqali olan olke ele bele berbad,insanlaei xeste olar.
Ay "deputat"bu 15 qəpiklərin dövlətə yox,yDM-nin cibinə getdiini,bilmirsiniz?Tarif şurasının isə bir qrup monopolistə xidmət edir...
Toxun acdan nə xəbəri var.sən yığdığını xərcləyirsən.heç olmasa dediyinin fərqindəsən.yaltaqlanma.
....
Senin ne vecinedi ? maashin maash pulundaki pul , milleti neynirsen ki ?
Deputatımız bundan artıq olmaz ki. Bu və bunun kimilərdən başqa nə gözləmək olar?
Necə özündən razıdır! Hekayə danışır.Ay kişi,15 qəpik 1 litrəyə artımdırşAtda maşın neçə litr benzin işlədir? Bunu sürücündən soruş,sonra 15 qəpiyə vur.Gör nə edir.Bir də bu 15 qəpiklər dövlətə yox,zapravka sahiblərinə çatır.Onlar isə vergi ilə necə işlədikləri hamıya məlumdur.Allah ağıl versin!
Benzinin qiymətinin qalxması, hər bir şeyin qiymətinin qalxması deməkdir ?
insan var ki 15 qəpiyə görə neçə km yolu piyada gedir. Millət sizin kimi milyon milyardlar üstündə oturmayıb
biz torpağın altında heç nə qoymuruq,hamısını talan edirik.Əvəzində isə bir az da müflisləşirik.
Bu deputat yoldaş,deyəsən çaşıb?Necə yəni,15 qəpiklə heç nə olmaz.Olar,özü d\ə indiki işsizlik dövründə bu,faciədir!...
Ay müəllim! Bu 1 litrə 15 qəpikdir! Avtomonilə 1 lir bebzin tökülmür.Bir də ki, bu 15 qəpiklər dövləy büdcəsinə getmədiyini,çəxsi yanacaq doldurma məntəqə sahiblərinin cibinə getdiyini yəqin bilirsiniz.Onların isə büdcə ilə hesablaşması müəmmalı məsələdir.Bülə halda Sizin bu çıxışınız başa düşülən deyil.Heyf ki, belı busavad deputatlarlmlz var.
sənin boynun çönmür çox yoğunlatma boynuvu, əlbəttə sənə 15 qəpik təsir etməz ....
oğrular miyard manatlarla pulu oğurlayıb ölkədən daşıyıb aparırlar. Onlardan oğurladıqları pulları almaq lazımdır. Kasıbın çörəyini əlinnən almaq yox. Deputatla kasıbın aldığı pul eyni deyil.
eldar müəllim məktəbdə hesab dərsi keçibmi?Niyə o anlaya bilmir ki,bu 15 qəpik bir yanacaq doldurmada çənin ölçüsündən asılı olaraq sürücüyə 8-25 manat artıq xərc deməkdir!İl əzində bir avyomobil ortalama neçə dəfə yanacaq doldurur(Bunu özü istifadə etdiyi avtomobilin sürücüsündən soruşsunConta bunu ölkədəli avtomobillət sayına vursun. Bəlkə o zaman anlaya ki,düşündüyü yanlışdır.Axı sürücü həmin pulu uşaqlarının yaxşı təhsilinə,normal qidalanması üçün ərzaqa xərcləsə yaxşı olmazdımı? Yoxsa SOKAR-ın müftəxirlarına verilməsi Sizçə normaldır?şxər i
Sənin kimilərə təsir etməz ,öl ay kasıb ,elə dövlət dərdi çəkirsənsə bir neçə obyektini sat kömək et