MİKAYIL CABBAROV SABİQ MÜŞAVİRİNƏ VƏZİFƏ VERDİ - Direktor təyin etdi

İqtisadiyyat naziri Mikayıl Cabbarov sabiq müaşvirinə yeni vəzifə verib. "Qaynarinfo.az" xəbər verir ki, nazirin müvafiq əmri ilə Abdulla Tağıyevə nazirliyin yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsus "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin direktor vəzifəsi həvalə edilib.

Bu ilin iyul ayında sözügedən MMC-nin direktoru vəzifəsindən azad edilən Fərid Cəfərov isə Əmlak Məsələləri Dövlət Xidməti rəisinin müaşviri təyin olunub.

Qeyd edək ki, Abdulla Tağıyev İqtisadiyyat naziri Mikayıl Cabbarovun Təhsil və Vergilər nazirliklərində müşaviri olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar