“Taliban” hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstan Milli Assambleyasının taleyi qeyri -müəyyən olaraq qalır.
Əfqanıstan Milli Assambleyasının spikeri Fazal Hadi Muslimyar “TOLOnews”a bildirib ki, iki - aşağı və yuxarı palatadan ibarət Assambleya , “Taliban”ın bir neçə aylıq hücumdan sonra Kabilə daxil olduğu 15 avqustdan etibarən fəaliyyətini bərpa etməyib. O, əlavə edib ki, buna baxmayaraq, palatanın buraxılması barədə indiyədək heç bir sənəd açıqlanmayıb.
Dünya ölkələrinin parlamentləri sentyabrın 6-da Avstriyada keçirilən birgə iclasda Əfqanıstanın hazırkı parlamenti ilə işləməyə hazır olduqlarını bəyan edib.
F.H.Muslimyar deyib ki, yeni parlament formalaşana qədər bu parlament dünya ölkələrinin parlamentləri ilə işləməyə davam edəcək: “Əldə etdiyim məlumatlar bunun dünya ölkələrinin parlamentlərinin qərarı olduğunu təsdiqləyir”.
AzPolitika.info


Şərhlər