DEPUTATLAR YANACAĞIN BAHALAŞMASINI TƏNQİD EDİR - "Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir"

Azərbaycanda istehlak olunan yanacağın qiyməti cari ildə 4 dəfə bahalaşıb. İlin əvvəlində Tarif Şurasının qərarı ilə ölkədə istehsal olunan "Aİ-92" markalı benzin 90 qəpikdən 1 manata, dizel isə 60 qəpikdən 80 qəpiyə qaldırılıb. Bundan sonrakı dövrdə ancaq ölkəyə xaricdən gətirilən "Aİ-95" "Premimum" və "A-98" "Super" yanacaq markalarının qiyməti 3 dəfə dəyişdirilib.

Sonuncu qiymət artımından sonra "Aİ-95" 1.60 manata, "Aİ- "98" isə 1.90 manata satılır. Qeyd edək ki, idxal yanacaq məhsullarının qiyməti Tarif Şurası tərəfindən tənzimlənmir. Bazara nəzarət edən şikrətlər öz aralarında kartel sövdələşməsinə gedərək, vahid qiymətlər müəyyən edirlər. Bu isə antiinhisar haqqında qanunverciliyə ziddir.

Bu ilin birinci yarısında Azərbaycan xaricdən 52 milyon 213 min dollar (88 milyon 763 min manat) dəyərində 75 min 407 ton "Aİ-95" ("Premium") markalı benzin idxal edib. Bu həmin müddətdə idxal olunan bənzinin həcmi 2 dəfə, dəyəri isə 2,3 dəfə artması deməkdir. Avro-5 standartına uyğun benzin əsasən Rusiya və Ruminyadan idxal olunub. Belə ki, idxal edilən benzinin 60 faizdən çoxu şimal qonşumuzun payına düşüb. Bu məhsul idxalına görə, bu ilin ilk yarısında Rusiyaya 31 milyon 343 min dollar, Ruminyaya isə 18 milyon 180 min dollar ödəmişik.

2020-ci ildə isə Azərbaycan 58 milyon 615 min dollar (99 milyon 646 min manat) dəyərində "Aİ-95" benzini idxal edib. Bu əvvəlki il ilə müqayisədə həcm ifadəsində 80,3%, dəyər ifadəsində isə 44,2% çox olub. Rəsmi rəqəmlərdən göründüyü kimi, Avro-5 standartına uyğun benzinin yerli istehsalının olmaması idxal nəticəsində hər il 100 milyon manata yaxın valyutanın ölkədən çıxmasına səbəb olur.

Deputat Fazil Mustafa hesab edir ki, ümumiyyətlə ölkədə qiymət siyasətini Milli Məclis müəyyən etməlidir. Onun sözlərinə görə, Tarif Şurası sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir.

“Tarif Şurasının son qərarı sanki cəmiyyəti məqsədli şəkildə qıcıqlandırmaq üçün verilib. Orda oturan məmurlar sanki başqa ölkədə, başqa dünyada yaşayır, Azərbaycan vətəndaşlarının pandemiya dövründə yaşadığı problemləri görmürlər. Pandemiya dövründə cəmiyyəti daha da qıcıqlandırmaq, hansısa vəsaitləri insanların hesabına təmin etmək məsuliyyətsizlikdir",- deyə F. Mustafa bildirib

Deputat qeyd edib ki, Prezidentin korrupsiya barədə çıxışından sonra, belə bir qərarın verilməsinin özü korrupsiyaya xidmətdir: "Əgər bu illər ərzində Azərbaycanda yüksək oktanlı, keyfiyyətli benzin emal etməyi bacarmamısınızsa, bunun bədəlini niyə vətəndaşlar ödəməlidir? Sanki məmurlar illər ərzində özlərinin edə bilmədiklərinin heyfini xalqdan çıxırlar, vətəndaşları soyurlar”.

Onun sözlərinə görə, Tarif Şurasının qiymət siyasətilə bağlı yekun qərar vermək üçün hər hansı hüquqi statusu yoxdur: “Əslində nazir müavinlərindən ibarət olan bu Şura məşvərətçi qurumdur, hər hansı inzibati statusu yoxdur. Lakin nədənsə, qərar verilir və dərhal da qiymətlər qalxır, müxtəlif sahələrdə bahalaşma müşahidə olunur. Qiymət siyasətini Milli Məclis müəyyən etməlidir, Tarif Şurası isə sadəcə məşvərətçi qurum olaraq parlamentə öz təkliflərini təqdim etməlidir. Məmurların məsuliyyətsiz hərəkətləri üzündən, cəmiyyət deputatları qınayır, Milli Məclisi günahlandırır. Şübhəsiz ki, bu mövzuda parlamentdə çıxışlar və təkliflər olacaq. İctimaiyyət nümayəndələri dövlət başçısına müraciət edib, qərarın ləğvinə nail ola bilərlər. Hətta düşünürəm ki, bu gedişlə Tarif Şurasının özü də ləğv oluna bilər”.

Deputat Etibar Əliyev də hesab edir ki, Azərbaycanda qiymət siyasətini Milli Məclis müəyyən etməlidir. Onun sözlərinə görə, qiymət artımı ciddi şəkildə müzakirə olunmalı, təhlillər aparılmalıdır: "Fazil bəyin fikrinə şərikəm, əgər bu illər ərzində Azərbaycanda yüksək oktanlı, keyfiyyətli bensin emal etməyi bacarmırsınızsa, bunun bədələni niyə vətəndaşlar ödəməlidir?!"

Deputat Vüqar Bayramov da hesab edir ki, Azərbaycana idxal edilən benzinin qiymətlərində artımın qarşısının alınması üçün həmin marka yanacaqların yerli istehsalının daha qısa zamanda təşkili vacibdir.

"Dövlət Neft Şirkəti 2021-ci ildə Avro-5 standartına cavab verən dizel, 2022-ci ildə uyğun keyfiyyətdə benzin yanacağı istehsalını hədəfləsə də hələlik ölkəmizdə yalnız Aİ-92 markalı benzin və dizel email olunur.

Avro-5 standartına uyğun benzin istehsalı bir tərəfdən “Aİ 95” və “Aİ 98” markalı benzinin qiymətinin optimallaşmasına və onun xarici bazarla əlaqəsinin kəskin azalmasına, digər tərəfdən isə idxal nəticəsində ölkədən valyuta axının qarşısını alınmasına səbəb ola bilər",-deyə millət vəkili vurğulayıb.

V. Bayramov hesab edir ki, yerli istehsalın təşkil edilməsi yanacaq alınması üçün ölkədən çıxan valyutanın ölkədə qalmasına imkan verə bilər: "Bu baxımdan, idxal olunan yanacağın qiymətlərinin optimallaşması və qiymət artımlarını qarşısının alınması üçün daha qısa zamanda yerli istehsalın təşkil edilməsi və idxalın məhdudlaşdırılmasına ehtiyac var. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanda bunun daha qısa zamanda təşkil edilməsi xammal və texnoloji baxımdan hər hansı çətinlik yaratmır".

"AzPolitika.info"

635x100

Şərhlər

Vətəndaş 2021-09-17 13:26:41

Deputat saytda deyil,Parlamentdə məsələ qaldırmalı,məsələnin doğruluğunu sübut etməli və Parlaent müvafiq qərar qəbul edib təsdiqlənmək üçün Prezidentə göndərəldir.Yoxsa saytlarda,televiziyada mən də varam göstərgəsi mənasız və nəticəsiz bir əməldir.Millət deputatın fəaliyyətdə olduğunu həyatında hiss etməlidir.

İ.Mustafaoğlu 2021-09-16 22:42:29

Taarif Şurası ləğv olunmalıdır, qiymət artımı siyasətini Milli Məclis tərəfindən həyata keçirilməlidir ! Benzin qiynməti ölkəmizdə qalxırsa,deməli hər bir məhsulun, xidmətin qiyməti qalxır . Qiymətlərin süni surətdə qalxması istər-istəməz öləmizdə sosial narazılıqların yaranmasına gətirib çıxarır..... Məmurlar öz xidmətləri ilə cənab Prezidentimizin etimadını qazanmaq əvəzinə, xəyanət edirlər, vətəndaşı dövlətdən narazı salmağa çalışırlar , çünki onların məqsədləri olduqca qarandıqdır ??? Qiymət artımına yol verən qurumların maliyyə-təsərrüfat fəaliyyətləri ciddi yoxlanılsa, milyonların mənimsəmələri üzə çıxar... Cənab Prezident, vətəndaşı dövlətdən narazı salanlarda, sosial narazılıqları yaradanlarda yerində olmayan məmurlardır !!! Onlar sizə sədaqətlə xidmət etmək əvəzinə xəyanət edirlər. Onların hər birinin fəaliyyətləri yoxlanılmalı, qanuni qaydada cəzalandırılmalı, görülən tədbirlədən də başqaları özləri üçün ibrət dərsi götürməlidirlər..

t.ədalətə 2021-09-16 16:45:15

Tarif şurasına dövlət başçısı qiymətləri artırın göstərişi verməz və bu doğru da olmaz. Qiymət artımı bir başa əhaliyə təsir etdiyindən bu yalnız uzun müzakirə və araşdırmalardan sonra Parlamentin təklifi ilə Prezidentin sərəncamı əsasında ola bilər.Qanuni dövlətlərdə bu belədir.Hansı sa statusu və tərkib qeyri müəyyən qrupun əhalinin həyatına,yaşamına müdaxiləsi cinayətdir.qeyridi

zaur 2021-09-16 16:30:08

Bu vuqar bayramlı bdı,bdı,bdı danışır.Öz mövqeyi,öz fikri olmayan adamdır.

MIrəziz 2021-09-16 15:20:49

Cənab deputatlar zəhmət olmazsa təkcə benzin deyil də kommunal ödənişlərlə bağlıda tarif şurasına etiraz edəsiniz. Qış aylarında 120 km2 həyət evinin qızdırmaq üçün hər ay minumum 750-850 kub qaz sərf edilir. Yəni verilən limit ən yaxşı halda 1 ay 20 gün davam edir. Hamı binalarda yaşamır bunlar isə əsas statistikanı ortalama qaz sərfiyyatına görə aparır. Buda yalnış qərarların verilməsinə gətirib çıxarır. Həyət evləri hər ay üçün 750-850 kub olanda bir qışı keçirmək üçün 4500 kub qaza ehtiyyac olur. Zəhmət olmazsa işinizi doğru icra edəsiniz.

oleq 2021-09-16 15:17:51

Yeni zavodu bilərəkdən tikmirlər,axı külli miqdarda yeyinti əldən çıxa bilər!

Eli 2021-09-16 14:34:11

Çox düzgün mövqededirler bizim hörmetli deputatlar.

t.ədalət 2021-09-16 14:09:42

Taarif şurası ölkə başçısının göstərişlərinin icraçısıdır.Bu işə deputat müdaxiləsi ola bilməz.

t.ədalət 2021-09-16 14:04:00

Rusiyadan yanacaq alınması başa düşüləndir.Yəni,sanksiyalara məruz qalan düşmən Rusiyanın maliyyə imkanlarına dəstək olmaq istəyirik.

vidadi goyce 2021-09-16 13:50:44

qiymeti ashagi salin

Son yazılar