Menu

Baş nazir buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb

16.09.2021, 15:15
Baş nazir buğda və unun qiyməti ilə bağlı yeni qərar imzalayıb

2021-ci il sentyabrın 1-dən dayanıqlı mexanizm formalaşdırılanadək un istehsalçılarına satılan unun hər tonuna görə ödənilməli subsidiyanın məbləğinin necə hesablanacağı və kimlərə subsidiya veriləcəyi müəyyənləşib.

Bu, Baş nazir Əli Əsədovun “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 (beş yüz iyirmi) manat, un istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən ediləcək.

Eyni zamanda, un istehsalçıları tərəfindən satılan unun hər tonuna görə un istehsalçılarına ödənilməli subsidiyanın məbləği bu Qərara əsasən müəyyən olunan orta aylıq idxal dəyərinə bu Qərarla müəyyən edilən həcmdə un istehsalçısının marjası əlavə edilməklə hesablanmış məbləğlə müəyyən edilən bir ton unun topdansatış qiymətinin yuxarı həddi arasındakı fərq məbləğində müəyyən ediləcək.

Un istehsalı ilə məşğul olan şəxslər tərəfindən un bu qərarla müəyyən edilən topdansatış qiymətinin yuxarı həddindən artıq qiymətə satıldıqda, subsidiyanın məbləği həmin fərq qədər azaldılacaq.

Şərhlər

MƏHƏMMƏD 2021-09-16 17:03:17

DÖVLƏT UNUN VƏ ÇÖRƏYİN QİYMƏTİNİ NİYƏ SƏRBƏST BAZAR İQTİSADİYYATINA UYĞUN ( BAÇQA ƏRZAQ MALLARI KİMİ)) TƏYİN OLUNMASINA YOL VERMİR,SUBSUDİYALARLA B TƏNZİMLƏYİR? bURADA HANSI OYUN GEDİR? BƏS BENZİNİN QİYMƏTİNİN SABİT SAXLANMASI ÜÇÜN SUBSUDİYA NİYƏ VERMİR Kİ,MİLLƏT ZAB ÇƏKMƏSİN.

t.ədalət 2021-09-16 16:41:17

Baş nazir doğru olmayan qərar vermişdir.Yəni,"mənfi təəsirlərin azaldılması" dedikdə,çörəyin qiymətinin artırılmasını dayandırmaq yox,sadəcə müəyyən faiz onu azaltmaq nəzərdə tutulur.Unutmaq olmaz ki,xaricdən buğdanının idxalçısı dövlətdir və ölkədə qiymət artımını tətikləyən də dövlətdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol