İlhami Cəfərsoy
Ən qədim Şuşa şəhəri Şumerin şərqində, Zaqros dağlarının cənubunda idi. Arxeoloji tapıntılar göstərir ki, er. əv. lV minillikdən orada yaşayış olmuşdur. Şəhəri yunanlar Suz adlandırırlar. Şuşa mahalına isə Suziana deyirlər.
İndikilərdən fərqli olaraq 150-200 il bundan qabaq tərtib olunan xəritələrdə şəhər Suz yox, Şuşa adlandırılır (Vseobşiy qeoqrafiçeskiy i statiçeskiy slovar1843.səh.527; Kratkaya drevnyaya qeoqrafiya1851.səh.153).
Z.A.Raqozina hələ 1903-cü ildə yazırdı: " Elamın mərkəzi şəhərinin adı Şuşa olmuşdur, Suziana adı qrekcədir "(Raqozina 1903.səh.311).
Şumerin qonşuluğundakı Şuşa şəhəri er.əv.18-ci əsrdə sürətlə böyüməyə başladı. Artıq er.əv.15-ci əsrdə orada 45 min adam yaşayırdı.Bu o zaman üçün meqapolis idi"
O zamankı Şuşa əhalisi hansı dildə danışırdı?
Z.A.Raqozina Assuriya tarixinin 1902-ci il nəşrində yazır: "Ən qədim Şuşa əhalisinin dili qrammatik quruluşuna görə iltisaqi olub, Şumer və Akkad dillərinə bənzəyirdi. Qeyri-ari və qeyri-sami mənşəli o dili dilçilər Turan dillərindən biri sayırlar "(Raqozina 1902.səh.318).

İlk dəfə olaraq alman alimi Fridrix Vaysbax sübuta yetirmişdir ki, Elamın Şuşa, Bərdə və Ancaq dilləri Altay-türk tiplidir (Veissbach1890.səh.11-12).
Şuşalılar er.əv. I minilliyin ortalarında əhəmənilərə məğlub oldular. Bir hissəsi dağlara çəkilib Xəzinədarlar dövlətini yaratdı. Həmin dövlət Makedoniyalı İsgəndərin zamanında əl-qol açıb azad oldu.
Bir hissəsi Qafqaza köçdü. İveriya ilə Albaniya arasında Şuşa şəhərini saldı. Həmin nəsildən I Ər Şuşa və ll Ər Şuşa İveriya üzərində hökmran oldu. Biz ən son Şuşa şəhərini düşməndən azad etdik.
Gəlin düşünək Fikrimizi, düşüncəmizi yabançı baxışlardan azad edə bilmişikmi?
Yaxşı olar ki, Azad Şuşamız yalnız mədəniyyət paytaxtımız olmasın. Humanitar elmlər üzrə tədqiqat mərkəzimiz olsun.
İşğaldan əvvəl Natəvanın evlərində Elmlər Akademiyasının filialı fəaliyyət göstərirdi. O filialı bərpa etmək lazımdır. Millətin qazancı həm də elm və təhsil müəssisələridir.

Şərhlər
MHP sədri Dövlət Bağçalı bu səbəbdən Şuşa şəhərində məktəb binası tikdirmək istəyirdi...
Siz hansı Şuşadan yazırsınız?Bəs Pənah xan kimdir?Tarixi təzdən düzəldirsiniz?Bizim bütün kitablarda orada yaşayış olmayan yer kimi göstərilib,hərbi qala üçün münasib oldugundan,Pənah xan bu yeri seçib qala tikib.