Menu

Səyyad Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb - ECMO cihazına qoşulub

17.09.2021, 10:30
Səyyad Əlizadənin ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb - ECMO cihazına qoşulub

Ötən gecə Mərkəzi Gömrük Hospitalına köçürülən və reanimasiya şöbəsinə yerləşdirilən tanınmış müğənni Səyyad Əlizadə ECMO cihazına qoşulub.

Bu barədə "Report"a müğənninin qohumu Razim Qarayev məlumat verib.

O bildirib ki, müayinə nəticəsində ağ ciyərində 70% buzlu şüşə aşkarlanıb.

Qeyd edək ki, ECMO - ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol