Menu

Avropada qazın qiyməti 4 % artıb

17.09.2021, 12:40
Avropada qazın qiyməti 4 % artıb

Avropanın fyuçers bazarında qazın qiyməti 4 % artıb.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) qazın oktyabr fyuçerslərinin qiyməti 1 000kubmetr üçün 797ABŞ dollarına çatıb.

Hazırda Avropanın fyuçers bazarında qazın qiyməti kifayət qədər volatildir. Belə ki, dünənki ticarət sessiyasında qazın 1 000kubmetrinin qiyməti 850ABŞ dollarını ötsə də sessiyanın sonunda 764ABŞ dollarınadək düşüb. Sentyabrın 15-i isə qiymətlər rekord 963,9ABŞ dollarınadək yüksələ bilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol