ÇƏKİN AYAQLARINIZI AZƏRBAYCANDAN! – Eşidin, sərhədlərimizi pozanı vuracağıq!!!

Xəbər verildiyi kimi, Fransa Milli Assambleyasının üzvü Fransua Pupponi növbə dəfə Azərbəyandan icazə almadan, Xankəndinə gəlib və adəti üzrə separatçı erməniləri necə deyərlər, yüngülvari «qıdıqlayıb» - başqa sözlə, «Madlen» oğlu Fransua Azərbaycanın daxili işlərinə burun soxub.

«Madlen» oğlunun bu özbaşınalığı Azərbaycan tərəfini əməllicə hövsələdən çıxardıb və XİN mətbuat xidmətinin başçıs Leyla Abdullayeva bununla bağlı etiraz bildirərək, bəyan edib ki, «Madlen» uşağı artıq neçənci dəfədir ki, Azərbaycan ərazisinə qanunsuz səfər edir: «O, qızğın anti-Azərbaycan mövqeyi ilə seçilir…»

Leyla Abdullayev deyib ki, Azərbaycan qanunlarını pozduğuna görə, Fransuanın adı ölkəmizin ərazisinə girişinin qadağan olunduğu şəxslərin siyahısına daxil edilib və s.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov isə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Kontinental Avropa İdarəsinin direktoru Frederik Mondoloninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazir Ceyhun Bayramov görüş zamanı Fransa Milli Assambleyasının bəzi üzvlərinin Azərbaycan ərazilərinə qanunsuz səfəri məsələsinə diqqəti yönəldərək, bu kimi addımların bölgədə hazırda mövcud olan münaqişə sonrası sülh quruculuğu səylərinə xələl gətirdiyini qarşı tərəfin diqqətinə çatdırıb.

Tamamilə doğru və beynəlxaq hüquq normalarına müvafiq yanaşmadır, fəqət yetərli sayıla bilməz. Nədən ki, «Madlen uşağı» artıq belə bəyanatlara «adaptasiya» olunub və onları eyninə almır. Deməli, başqa təsirli tədbirlərin görülməsinə və həm də hərbi yanaşmanın sərgilənməsinə ehtiyac var. Çünki «ilan ulduz görməsə, ölmür» yanaşmasına keçməyin vaxtı çatıb. Madlen uşağına ayı-ulduzu isə şanlı Turan ordusu göstərməli olacaq…

Necə? Çox asanlıqla. Qulaq asın, xırdalayım. Xankəndində «miatsum» separatizmi baş qaldırandan günümüzə qədər Fransa (və digər imperialistlər!) erməni faşizmini dəstəkləyib və bu müddət ərzində «Madlen uşağı» zaman-zaman suveren hüquqlarımızı saya salmadan Xankəndinə «su cığırı» açıb…

Bəs, onların istəyi nədən ibarət olub? Təxribat - su bulandırmaq, bulanlıq suda balıq tutmaq və s. Bu zaman Madlen uşağı məlum «postulat»dan çıxış edib - Azərbaycan erməniləri öz müqəddəratını təyin etmək hüququndan bəhrələnməli və status əldə etməlidirlər. Fəqət, Madlen uşağı görməzliyə vurur ki, Qarabağ ermənilərinə Azərbaycan dövləti muxtariyyət statusunu hələ 1923-cü ildə vermişdi - «demokrat» Fransa «mağarada yaşayan illərdə»!

Bundan da əvvəl erməni tayfası öz müqəddəratını məhz tarixi Azərbaycan torpaqlarında 1920-ci ildə təyin edib və Ermənistan SSR-ı yaratmışdı. Nə yazıq ki, Fransanın (və digərlərinin) təsiri altında 1977-ci ildən başlayaraq ermənilər buna qane olmadılar - «miatsum»a qalxdılar. İstək nə idi? Qarabağı Ermənistana birləşdirmək! Lap İkinci Dünya Müharibəsindən əvvəl Hitler Almaniyasının Çexoslavakiyanın Sudet vilayətini ihaq etməsi kimi…

Bu müddət ərzində Madlen uşağı da erməni separatizminin yanında olub - indiki kimi. Fransa deyir ki, Azərbaycan 25 min erməniyə status versin - gülməlidir, deyilmi? Amma biz, gülmürük və ucadan deyirik: Marseldə 250 min erməni yaşayır, sevginiz «fontan» vurursa, onlara status verin - nümunə göstərin!

Çəkin ayaqlarınızı Azərbaycandan!

Sərhədlərimizi pozanı isə vuracağıq!!!

Mirzə AĞ

AzPolitika.info

635x100

Şərhlər

Eko 2021-09-18 08:43:32

Kirkorov sherefsizde irevandadi , bizde ona teyyare yollayiriq , qelsin Bakiya. Adam ôz xoduyla qedib ora !!!

Mahal 2021-09-18 05:35:06

Nə vaxta kimi Laçın dəhlizinə nəzarətin yoxdur beləcə olacaq .Allah betərindən qorusun.

Niyaməddin 2021-09-18 01:07:03

Qələminizə, canınıza qüvvət Mirzə bəy. Nə yaxşı ki varsınız! Allah bunların kökünü, bizim əlimizlə kəssin!

Eli 2021-09-17 14:31:57

İt itfi bir defe qovanda iki defe qovanda hürün gedir.Bunları ne qeder qovsan da xeyri yoxdur ona göre bunlara “Türk Pazı” lazımdır özü de mütleq.Başqa çare yoxdur .

esger 2021-09-17 14:24:04

Rəd olsun Fransalı ermeni getsin makronın yox makryanın yanına və 25 minidə özü ilə aparsın

Xalq 2021-09-17 13:47:59

Hamımız tələb edirik: FRANSA MARSELDƏ ERMƏNİYƏ STATUS VER!

Son yazılar