"BİZİM UŞAQLARIMIZI MƏHV EDİRLƏR..." - "Niyə dövlət rusdilli məktəbləri maliyyələşdirməlidir?"

Milli Məclisin deputatı Vahid Əhmədov bir neçə gündür ki sosial şəbəkələrdə müzakirə edilən rusdilli məktəblərin bağlanması təklifiylə əlaqədar gedən diskusiyalara münasibət bildirib.

V.Əhmədov qafqazinfo.az-a açıqlamasında insanların çox dil bilməsinin özü üçün müsbət hal olduğunu vurğulayıb.

Bununla bərabər millət vəkili rusdilli məktəblərin ölkədə çoxalmasının da tərəfdarı olmadığını nəzərə çatdırıb: “Düzdür, Azərbaycan-Rusiya münasibətlərində bu məktəblərin olmasının da müəyyən qədər rolu olub. Bizim dövlət başçımız da balanslaşdırılmış siyasət aparır. Ancaq artıq zaman dəyişib. Biz gördük ki, 30 ildə Rusiya faktiki olaraq Azərbaycanın Qarabağ problemini həll etməyə mane oldu, ancaq biz onlarla həmişə yaxşı münasibətdə olmuşuq. Cənab Prezident onları yüksək səviyyədə qəbul edib, sazişlər, strateji müqavilələr imzalanıb. Onlar bizim qonşumuzdur. Amma bizim milli mənsubiyyətimiz, Konstitusiyamız var. Bizdə əsas olan dövlət dilidir. Ola bilsin rus dilinə, ingilis dilinə də maraq olsun. Ancaq dövlət səviyyəsində burada ehtiyatlı olmaq lazımdır. Əgər Rusiya Qarabağ probleminin həllində bizə yardım edən dövlət deyilsə, onun məktəblərinin sayını burada niyə genişləndirməliyik ki? Rusiya əksinə Ermənistana bu illər ərzində silah verib, indi də verməkdə davam edir. Həmin silahlarla da bizim uşaqlarımızı məhv edirlər”.

Deputat xatırladıb ki, Türkiyə illər öncə burada müəyyən məktəblərini açmışdı: “Türklər bizim qardaşımızdır, onlara arxayınıq və bilirik ki, Azərbaycanın hər məsələsində, o cümlədən Qarabağ məsələsində yanımızda olurlar. Təklif edirəm ki, rus dilində də olan məktəblər də digər məktəblər kimi özəl olsun. İngilis dilində olan məktəblər bizdə dövlətin himayəsində deyil ki? Birdən-birə yox, yavaş-yavaş belə bir planlar Təhsil Nazirliyi tərəfindən hazırlanaraq hökumətə təqdim edilməlidir.

Rus dilini təbliğ etmək istəyənləri başa düşürəm. Amma onlar getsinlər Moskvaya, Leninqrada təbliğat aparsınlar, Azərbaycanın haqq səsini müdafiə etsinlər. Görək həmin adamları Rusiya televiziyalarına buraxacaqlar?! Əlbəttə, buraxmayacaqlar. Bizdə kifayət qədər savadlı rus dilini bilən insanlar var. Təəssüflər olsun ki, Rusiyada mətbuatla bağlı məsələlərdə əksəriyyət yerləri ermənilər tutublar. Rusdilli məktəbləri müdafiə edənlərin ola bilsin müəyyən maraqları var, bunu başa düşürəm, amma məktəblər özəlləşsin, kim bu dildə oxumaq istəyirsə, gedib pul verib oxusun. Niyə dövlət bunu maliyyələşdirməlidir ki? İnsanların da rusdilli məktəblərə uşaqlarını qoymağa meyli çoxdur. Ancaq dövlət səviyyəsində bu məsələlərə ciddi yanaşmalıyıq. Yavaş-yavaş öz dilimizə hörmətlə yanaşmalıyıq”

635x100

Şərhlər

Niyaməddin 2021-09-18 01:26:36

Təşəkkürlər Vahid bəy! Yazıq millətin halına...

t.ədalət 2021-09-18 00:32:28

Hörmətli Vahid müəllim,Siz həmişə milli keyfiyyətinizə görə fərqlənirsiniz,ona görə də xalq Sizi sevir.Əgər keçmişdə bizim dilə ehtiyacımız var idisə,bu gün həmin ehtiyac yoxdur.İnanın ki,ölkə ali məktəblərində təhsil xarici ölkə ali məktəblərindən üstündür.Təəssüflər olsun ki,indi kadrları biliyinə görə deyil,bazar alverçisi keyfiyyətinə görə işə götürürlər.Çünki xarici dil bilmək kiminsə biolikli olduğuna dəlalət etmir.Bazar alverçiləri xarici dili daha yaxşı bilirlər.İndi durub onların səviyyəsinə enməliyik?

A.Məmmədov 2021-09-17 21:55:43

İrəvanda fəaliyyət göstərən Rus-erməni universitetinin bütün xərclərini Rusiya çəkir. Azərbaycandakı rus məktəblərinə Rusiya bir çentdə olsun vermir. Azərbaycan höküməti Azərbaycandakı rus məktəblərinin məzunları üçün Rusiyanın MİFİ, MVTU, MQU kimi qabaqcıl universitetlərində kvotaların ayrılması, bu institularda oxuyacaq azərbaycanlı tələbələrin xərclərini çəkmək məsələsini Rusiya höküməti qarşısında qaldırmalıdır. SSRİ-nin qabaqcıl ali məktəblərində oxumaq üçün Azərbaycana ayrılan kvotaların sayını artırmaq məqsədi ilə Azərbaycan MK-nın birinci katibi Heydər Əliyev hər il SSRİ Təhsil naziri Yelyutini SSRİ-nin ali məktəblərinə qəbul olmuş azərbaycanlı tələbələrin yola salınması mərasiminə dəvət edirdi və həmin mərasimlərdə Yelyutindən kvotaların artırılması xahişini edirdi və Yelyutin Heydər Əliyevin sözünü yerə salmırdı. İşləmək lazımdır. Rus məktəblərinin bağlanması Azərbaycana heç nə vermir. Çalışmaq lazımdır ki, bu məktəblərin bütün xərclərini öz üzərinə götürsün və bu məktəblərin məzunları üçün kvotalar ayırsın.

Veteran 2021-09-17 21:41:59

Ay cammat nə vaxta kimi rus ... köləsi olacaqsınız? Özünü rus dilində danışaraq "intelgent" sayan bədbəxtlər ,az qalıb sizin hamınız TÜRK dilini bilməsəniz BİZLƏR sizləri işsiz qoyacağıq .Bunu yaddan çıxarmayın.

Veteran 2021-09-17 21:41:22

Ay cammat nə vaxta kimi rus köpəklərinin köləsi olacaqsınız? Özünü rus dilində danışaraq "intelgent" sayan bədbəxtlər ,az qalıb sizin hamınız TÜRK dilini bilməsəniz BİZLƏR sizləri işsiz qoyacağıq .Bunu yaddan çıxarmayın.

Müəllim 2021-09-17 21:22:55

Vahid Əhmədov Allah sizdən razı olsun

Xalq 2021-09-17 18:12:43

Vahid müəllim! Mövqeyinizi dəstəkləyirik!

TARIX 2021-09-17 17:10:08

TAMAMİLƏ DOĞRUDUR.

Eli 2021-09-17 15:53:09

Çox haqlı mövqe movqe ve haqlı fiklerdir mütleq dövlet seviyyesinde hell olunmalıdır .Biz bu meselede özümüze ziyan vurmuşuq uduzöuşuq yubanmışıq .

Cavan 2021-09-17 15:41:24

Sağ olun Vahid müəllim.Xalqımızın arzusunu dilə gətirən vətənpərvər insansınız.

Son yazılar