Menu

30 İLLİK MÜSTƏQİLLİK: BÖYÜK ZƏFƏRİN TƏMƏLİNİN QOYULDUĞU İLLƏR

18.09.2021, 23:46
30 İLLİK MÜSTƏQİLLİK: BÖYÜK ZƏFƏRİN TƏMƏLİNİN QOYULDUĞU İLLƏR

1991-ci il 18 oktyabr - Azərbaycanın müstəqillik günü kimi tarixə yazıldı.Qazanılan müstəqilliyi qoruyub saxlamaq da asan deyildi. Ölkədə baş verən hərc-mərclik, birliyin olmaması ölkə üçün çətin vəziyyət yaradırdı. 1991-ci ilin dekabr ayından başlayaraq torpaqlarımız planlı şəkildə işğal olunmağa başladı.1991-ciilin dekabrında Xankəndi şəhərindən başlaya nişğal 1993 -cü ildə Zəngilanla tamamlandı. Bu dövrlərdə HeydərƏliyevin xalqın təkidiilə ölkəyə gəlişi insanlarda böyük inam və yeni canlanma yaratdı. Çətin vəziyyətdə olan Müstəqil Azərbaycan Qurtuluş gününə qədəm qoydu. Ölkədə aparılan doğru siyasət tədricən dirçəlməyə gətirib çıxardı.

Ölkəmiz üçünən əhəmiyyətli iqtisadi dirçəlişlərdən biri 1994-cü ilin 20 sentyabrında bağlanan “Əsrin müqaviləsi” oldu. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neftşirkəti ilə 30-dək sazişin imzalanması üçün yolaçdı. “Əsrin müqaviləsi” həm karbohidrog enehtiyatlarının miqdarına,həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil oldu.Bu müqavilə ölkədə iqtisadiyyatın başqa sahələrinin inkişafına da imkan yaratdı.

Müstəqilliyin bərpasının ilk illəri üçün səciyyəvi olan hiperinflyasiya1 998-ciildə aradan qaldırıldı. Bakı-Tbilisi-Ceyhan İxrac Boru Kəmərinin 2005-ci ildə Azərbaycan və Gürcüstan, 2006-cı ildə isə Türkiyə hissəsi istifadəyə verildi. Beləliklə Azərbaycan nefti dünya bazarına çıxmaqla, ölkəmiz nəinki regionun, hətta dünyanın enerji mərkəzlərindən birinə çevrildi.

Ölkəmiz günü - gündən inkişaf etsə də doğma torpaqlarımız işğal altında idi. 30 il ərzində xalqımız hər cür çətinliyə sinə gələrək, öz yurdlarından didərgin düşərək əzmlə çalışıb ayaqda durmağı bacardılar. Xalq iqtidar birliyi, ölkə başçısının dəmir siyasi iradəsi öz bəhrəsini verdi. 

Hamı eyni amal ətrafında birləşdi. Biz bir ölüb min dirilərik dedik. Biz bir Polad, bir Mübariz itirmişdik. Amma gördük ki, bu torpaq tarixən necə mərd övladlar yetişdiribsə, indi də Polad iradəli Mübarizlər yetişir. Hər bir azərbaycanlı üçün müqəddəs olan torpaqlar düşməndən təmizləndi. Cıdır düzü,İsa bulağı,Göhvər Ağa məscidi, neçə-neçə tarixi abidələri ilə və təbiəti ilə məhşur olan Şuşamız qəhrəman vətən oğullarının əlbəyaxa döyüşləri nəticəsind əazad olundu. 44 günlük müharibədə bir bədəndə bir can olduq. Çətinliyi də, sevinci də, kədəri də bir yaşadıq. İgid vətən övladlarını müharibəyə yolasalandada, qarşılayanda da, onları öz əzizimiz bildik. Şəhidi, qazisi, əsgərini eyni coşqu ilə qarşıladıq.

Bu 30 ildə biz çox böyümüşdük. Daha möhkəm, bir olmağı öyrənmişdik. Hər kəs əlindən gələn köməkliyi etməyə çalışırdı. Vətən çağıran anda vətən oğulları qəhrəmanlara çevrildi. Evdə valideynlərimizdən, məktəbdə müəllimlərimizdən eşitdiyimiz, heç vaxt görmədiyimiz Doğma torpaqlarımızın azad olunma xəbərini necə həyəcanla gözləyirdik.

Birlik, mərdlik, müdrik siyasət və vətənə hədsiz sevgi, sabaha sarsılmaz inam bizlərə Zəfər gətirdi. 30 il gözlədiyimiz Zəfəri. Şanlı bir Zəfəri. Artıq biz Müstəqil Azərbaycanın 30 illiyini ərazi bütövlüyü təmin edilmiş halda qeyd edəcəyik. Tarixdə qalan, lakin daha il dönümün hesablamayacağımı işğal tarixləri var. Bu gün Azərbaycan bütövdür. 30 il sonra 44 günlük müharibədə ərazi bütövlüyünü bərpa edib. Öz tarixi torpaqlarına qovuşub. Bu həm də ölkəmiz üçün böyük iqtisadi zəfər deməkdir.

İndi azad etdiyimiz torpaqlarda quruculuq işləri davam edir. 30 il işğalda olan torpaqlarımız ölkəmizin ən münbit, təbii ehtiyatlarla zəngin əraziləridir. Bu illər ərzində düşmən bu torpaqların sərvətlərini talayıb. Abidələri, bütün tikililəri, məscidləri darmadağın edib. Bu torpaqları dirçəltmək qarşıda duran ən mühüm məsələlərdəndir. Zəngilanda “Ağıllı kənd” layihəsinin icrası ölkəmizdə reallaşan ilk belə layihə olacaq. İlk dəfə tətbiq ediləcək bu layihə bizim üçün həm poliqon, həm də ölkənin inkişafı üçün mühüm əhəmiyyətə malik böyük hadisə olacaqdır. Düşünürəm ki, kəndin müasir dizaynda quruluşu və təmizliyi əhalinin kənd yerlərinə marağını artıracaq, eləcə də yeni iş yerlərinin yaranmasına səbəb olacaq.

Alternativ enerji mənbələri, ekoloji istilik sistemi istifadə edilməsi, ağıllı işıqlandırma sistemi, tullantıların idarə olunması kəndin ekoloji sağlamlığını təmin edəcək. Bildiyimiz kimi kənd yerlərinin şəhərlərə nisbətən daha təmiz mühiti olur.

Yeni texnologiyaların tətbiqi ilə, kənddə həm işləri daha səmərəli yerinə yetirmək, həm də əhalinin rahatlığını təmin etmək üçün düşünülən bu layihə təqdirəlayiqdir. Əhali iş imkanlarına görə kənddən şəhərə üz tutur. Bu da həm kəndlərdə işsizliyin səviyyəsini artırır, həm də şəhərdə sıxlığa səbəb olur.

Ölkədə belə bir quruculuq işlərinin həyata keçirilməsi şəhərdə olan sıxlığı aradan qaldıracaq, eləcə də işsizlik səviyyəsinin aşağı düşməsinə səbəb olacaq. Xüsusən də azad olunmuş torpaqlarda ilk belə layihənin başlanmasının mühüm əhəmiyyəti vardır. İllərdir işğal altında olan torpaqlarda mənfur düşmənin ekoloji terroru sərhəd tanımayıb. Bu ərazilərin füsunkar təbiəti həm xarici qonaqları ölkəyə cəlb etmək, həm də erməni vandallığı ilə Azərbaycan quruculuğunun müqayisəsini dünyaya çatdırmaq üçün bir şansdır.

Əksər hallarda kənd əhalisinin lazımi texnika və texnologiyaya olan ehtiyacı kiçik kənd təsərrüfatı müəssisələri və fərdi təsərrüfatların yaradılması ilə nəticələnir. Qarabağda və Şərqi Zəngəzurda dövlətin kəndə və kənd təsərrüfatına proqramlı dəstəyi innovasiyalı aqrar sahənin inkişafına gətirib çıxaracaq. Beləcə zəruri ərzaq və kənd təsərrüfatı məhsullarını lazımi miqdarda yetişdirə biləcəyik. İdxal məhsullarına ehtiyac azaldıqca, xaricə valyuta axını daha da azalacaq.

Azad edilmiş ərazilərdə “ağıllı” yaşayış məntəqələrinin qurulması sayəsində data və təhlil mərkəzi, yüksək sürətli internet və TV, ekoloji nəzarət sensorları, ağıllı kənd təsərrüfatında tətbiq ediləcək yeni metod və texnologiyalar “ağıllı” idarəetməni təmin edəcəkdir. Bu göstərir ki, bu kənd layihəsi şəhər tipli kənd yaradılmasını nəzərdə tutur. Burada müasir texnologiyaların tətbiqi ilə müxtəlif sahələrdə ixtisaslaşmış şəxslər üçün yeni iş imkanları və yeni iqtisadi fəallıq mühiti yaradılacaqdır. Velosiped yolları, ağıllı məktəb həlləri, distant tibbi müayinə, istirahət zonaları əhalinin rahatlığını təmin edəcək. Təhlükəsizlik kameraları, yardım düyməsi, hava məlumatı ötürücüsü kimi müasir avadanlıqlar vasitəsilə təhlükəsizlik təmin olunacaq, təhlükələrdən anında xəbərdar olmağa, fors-major hallarda daha az zərər dəyməsinə səbəb olacaqdır.

Xalqın inkişafının başlıca amili təhsildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 may 2021-ci il tarixində Ağdamın baş planı haqqında danışarkən, Ağdamda “Qarabağ” universitetinin yaradılacağını bəyan etdi.

Ağdamda qurulacaq bu universiteti mən ən yeni texnologiyalarla təmin edilmiş və dünya universitetləri səviyyəsində görürəm. Gənc istedadların, xüsusən xaricdə təhsil almış soydaşlarımızın burada pedaqoji fəaliyyətə cəlb edilməsi böyük nailiyyətlərə səbəb olacaq. Öz təcrübələrini bölüşməklə, tələbələrə dünya təcrübəsinə əsaslanan təhsil verilməsi növbəti mərhələdə həmin tələbələrin ölkəmiz üçün əhəmiyyətli kadrlar olması deməkdir.

30 il həsrətin çəkdiyimiz Şuşa indi öz doğmalarına qovuşub. Cənab Prezidentin də söylədiyi kimi: “Şuşa biz səni dirçəldəcəyik. Və həqiqətən də bu gün Şuşanı dirçəldirik”. Şuşa bizim mədəniyyət ocağımızdır. Cənab Prezidentin rəhbərliyi altında artıq Şuşaya yeni “Zəfər yolu” salınır. Bu yol Füzuli rayonundan başlayır və Laçın-Şuşa-Xankəndi yolunu tunel vasitəsilə keçməklə inşa ediləcəkdir. Bu yol dağları dələrək daha qısa məsafədə Şuşaya çatmağa imkan verəcək. Şuşa Qarabağımızın göz bəbəyidir. İndiyə qədər Şuşaya birbaşa yolumuz olmayıb. İndi isə bu yolla gediş-gəliş çox rahatlaşacaqdır.

İyunun 15-i 2021-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada görüşü baş tutdu. Bu tarixi görüş idi. Tərəflər bu görüşdə “Şuşa Bəyənnaməsi”ni imzaladılar. Bəyənnamədə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyətində müasir texnologiyalara əsaslanan silah sursatların idarə olunmasında əməkdaşlıq, dəniz, hava, kosmos sahələrində texnologiya mübadiləsi, ölkədə mövcud olmayan istehsal sahələrinin yaradılması, daxili və beynəlxalq bazarda əməkdaşlıq, ticari-iqtisadi münasibətlərdə birgə istehsalın qurulması, Azərbaycan və Türkiyə mallarının sərbəst hərəkətinin təşkili və digər məsələlər nəzərdə tutulur.

Həmçinin Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan Baş nazirinin imzaladığı 10 noyabr razılaşmasında Naxçıvana açılacaq Zəngəzur dəhlizi nəzərdə tutulur. Bu tarixi torpaqlarımıza qayıdışdır. Zəngəzur dəhlizi açıldıqda bizim Türkiyə ilə birbaşa əlaqəmiz yaranmış olacaq. İdxal və ixrac edilən malların daşınması sadələşəcək. “Şuşa bəyənnaməsi”ndə isə tərəflər Zəngəzur dəhlizi vasitəsilə, Naxçıvan-Qars dəmir yolunun yaradılmasını nəzərdə tutur.

Şuşada artıq “Xarıbülbül” hoteli yenidən qurulmadan sonra istifadəyə verilib. “Qarabağ” hoteli təmirdən sonra qapılarını qonaqların üzünə açıb. Digər 5 ulduzlu hotelin tikintisinə başlanılıb. Binaların və tarixi abidələrin təmir-bərpa işləri davam etdirilir. Göhvər Ağa məscidində təmir işləri demək olar ki, bitib. Mənfur düşmən torpaqlarımızı tərk edərkən su, işıq xətlərini məhv etmişdi. İsa Bulağı yenidən təmir edilərək istifadəyə verilib. Natəvan bulağı təmir edilib. Şuşanın enerji xətləri bərpa edilib. Füzulidən Şuşaya enerji çəkilib. Həmçinin su xətləri bərpa edilib.

İyul - Avqust ayında Prezident Şuşada “Vaqif Poeziya Günləri”ni keçirdi. Molla Pənah Vaqifin məqbərəsinin yenidənqurmadan sonra açılışını etdi. Bu günlərdə Şuşada yeni yaşayış kompleksinin əsasını qoydu.

Gələn il Şuşanın yaranmasının 270 illik yubileyidir. İnanıram ki, biz bu ildönümünü böyük təntənə ilə qeyd edəcəyik. Yaxın illərdə Şuşanı tam dirçəlmiş halda görə biləcəyik.

Ağdam rayonunun Azərbaycanın ümumi enerjisinə qoşulması barədə Prezidentin Fərmanına əsasən Ağdam-1 və Ağdam-2 enerji stansiyaları tikilib. Ağdam rayonu artıq elektrik enerjisi ilə təmin edilib. Prezidentin Fərmanı ilə Xankəndi şəhəri, Xocavənd, Xocalı, Ağdam, Şuşa, Füzuli, Tərtər, Ağcabədi və Bərdə rayonlarının daxil olduğu Qarabağ iqtisadi rayonu yaradılıb. Həmçinin, Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarını əhatə edən Şərqi Zəngəzur iqtisadi rayonu yaradılıb. Məqsəd qeyd edilən ərazilərin ortaq iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməkdir.

44 günlük müharibədə mərd oğullarımız vuruşaraq, torpaqları azad etdilər. Bu torpaqlar indi bizə əmanətdir. Bizim üzərimizə düşən vəzifə isə, bu torpaqların dirçəlməsində var gücümüzlə çalışmaq, bizə əmanət torpaqlara sahib çıxmaq, onun çiçəklənməsində xidmətlər göstərmək, vətənə, millətə layiqli vətəndaş olmaqdır.

Əliyeva Nurxanım İrsal qızı, magistrant

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Magistratura Mərkəzi, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol