SABİQ NAZİR MÜAVİNİ KİMDƏN NƏ QƏDƏR RÜŞVƏT ALIB? – MƏBLƏĞLƏR

Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun Mədəniyyət Nazirliyinin Regional idarələrindən (qısa olsun deyə bəzi yerlərdə rayon adı ilə qeyd edəcəyik) aldığı rüşvətin məbləği açıqlanıb. Bu barədə Oxu.Az məhkəmə istintaqının materiallarına istinadən xəbər verir.

Rafiq Bayramovun xidməti otağına baxış zamanı qarşısında müxtəlif məbləğlər qeyd olunmuş vərəqdə siyahı yer alıb.

İstintaq materiallarına görə, Rafiq Bayramov Mədəniyyət Nazirliyinin Sumqayıt Regional İdarəsindən 167 505 manat, Xaçmazdan müxtəlif zamanlarda 69 400 manat, 137 165 manat, 27 432 manat, 250 500 manat, 42 000 manat rüşvət götürüb.

İsmayıllıdakı idarədən 126 165 manat və 16 000 manat, Kürdəmirdən 167 265 manat, Ağstafadan 166 965 manat və 16 000 manat, Şəmkirdən 181 465 manat alıb.

Onun digər regional idarələrdən aldığı rüşvətin syihısı da həmin vərəqdə yazılıb.

- Gəncə: 158 465 manat,

- Ağdaş: 116 965 manat,

- Biləsuvar: 115 965 manat, 250 500 manat,

- Masallı: 116 165 manat,

- Lənkəran: 116 065 manat,

- Sabirabad: 216 565 manat,

- Ağcabədi: 201 965 manat,

- Bərdə: 174 965 manat, 250 500 manat və 68 000 manat,

- Şəki: 141 465 manat,

Qeyd edək ki, 2020-ci ilin mayın 8-də məhkəmənin qərarı əsasında mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanovun xidməti və yaşadıqları ünvanlarda əməliyyat keçirmişdi.

Prezident İlham Əliyevin 2020-ci ilin mayın 9-da imzaladığı sərəncamlarla hər iki şəxs tutduqları vəzifədən azad olunmuşdu.

Rafiq Bayramov 2021-ci ilin avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zakir Sultanovun isə məhkəmə prosesi davam etdirilir, işə Bakı Ağır Cinayətlər Məhkəməsi baxır.

635x100

Şərhlər

Mamede cavab 2021-09-19 13:39:09

Ay qardash ne Mirvari ne o ne bu ne basqasi!!! Hamisi eyni bezin qiragidir. Xan sarayinin 6 il mudiri isleyen Terane ozune isden cixarildiqdan sonra 2 milyona nevelerinin adini verdiyi otel tikdirdi. Hec bir huquq orqani onu istintaqa celb etmedi ki pul hardan olub??? Turizm nazirliyi hec bir yeyinti ile bagli vesatet qaldirmadi!! Bilirsiniz niye? Cunki turizm nazirliyinden gelende onun otelinde bezplatni qalirlar ve baqajlarina halva bamya mindal yigib gedirler. Gizli sovdelesmeler olan yerde hebs olar mi? Xeyir. Gorun Sheki hansi namuslularin umuduna qalib!

Mamed 2021-09-19 12:22:07

Seki medeniyyet idaresinin mudiri Mirvariden demeli 142 min manat rusvet alib. Amma hele de Mirvari oz vezifesinin basindadir. Qanuna gore rusvet verende alan da cinayet meseliyyetine celb edilmelidir amma Mirvari hele de kefinde keyfiyyetindedir. Medeniyyet nazirliyi ve prokurorluq hara baxir? Kim kimi niye ve hansi meqsedle mudafie edir? Cavablar aydindir onsuz. Ona gore de aparilan huquq muhakimelerine ehalinin etibari qalmayib. En qudretli ve ali dovlet orqanlari oz qanunsuzlugu mudafie edici hereketleriyle ozlerini biabir edirler. Cox heyif!!! Cox!! Cenab Prezident tapsiriq verir ki edaletli yanasin amma yene oz keflerindedirler!!

Roma 2021-09-19 09:00:37

Yazılan rəqəmləri topladım cəmi 3.3 milyon manat etdi, çox zəif, tək Tağı Əhmədov bircə dəfəyə 40 ilinin əmək haqqı kimi yığdığı 3 milyon manat verib. Bax belə yoxsa Respublikanın rayonlarının yarısını yazmısınız və cəmi Tağı müəllimin rəqəmi alınıb...

Qulu 2021-09-19 07:19:48

Birini işdən çıxarıb yerinəyenisinin təyin edilməsi ləngiyəndə camaat deyir ki, yəqin əvvəlkindən betərini hələ tapa bilməyiblər.. Bu nazirə baxanda elə düz də deyirlər.

Yusif 2021-09-19 07:13:50

Eşşək dəyişdi amma palan həmin plandır. Yeni nazir təyin olunandan heç bir ay keçməmiş yenə əvvəlki kimi rüşvət, korrupsiya davam edir və " çiçəklənir" Həm də deyəsən bu təzə qoyulanların çox aclıq çəkənlərin içindən tapıb, seçib qoyurlar. Yəni yeməyə canavar kimi girişirlər.

Eli 2021-09-18 22:08:10

Eger medeniyet nazirinin müavini bu sahede bele “aktiv “ işleyibse görün indi bu nazirlikden qat qat güclü imkanlara malik nazirlerin müavinleri nece “fontan” vurublar öz emeli fealiyyetlerinde hele nazirleri demirem.Yene de Allah günahlarından keçsin ,qapısını açsın islah etsin.Bele baxanda qanun onu pozanı yox , ilişeni muhakime edir.Mentiq bunu deyir.

Eli 2021-09-18 22:01:08

Eger medenlyyet nazirinin muavlni bele “aktiv”fealiyyet gösteribse,görün indi bu nazirlikden qat qat güclü nazirliklr

RR 2021-09-18 20:17:02

Aydindi , anladuq her sheyi !!! Alib kime veribeeeee ? Onun duxu var idi , icazesiz kimnense pul alsin ? Bu sualima zehmet olmasa , cavab yazin . (( Indiden teshekkûr !!!

Vəsilə 2021-09-18 19:54:21

Bu biabırçılıq yenə də davam edir. Zərdab mədəniyyət şöbəsi bu günlərdə işçilərdən və bütün kitabxanalardan halkı halına görə 100- 200 manat pul yıgıb ki, guya yoxlama gələcək .

Son yazılar