Menu

Dünyada 200 milyondan artıq insan miqrasiyaya məcbur olacaq - İqlim dəyişməsi səbəbilə

19.09.2021, 00:03
Dünyada 200 milyondan artıq insan miqrasiyaya məcbur olacaq - İqlim dəyişməsi səbəbilə

İqlimin dəyişməsi dünyanın 6 bölgəsində 2050-ci ilə qədər 216 milyon insanı mirasiyaya məcbur edə bilər.

Bu barədə Dünya Bankının hesabatında söhbət açılır.

Qeyd olunur ki, artıq 2030-cu ilə qədər daxili klimatik miqrasiyanın «qaynar nöqtələri» meydana çıxa bilər və 2050-ci ilə qədər güclənər. Bu zaman, Dünya Bankının mütəxəssisləri hesab edirlər ki, qlobal tullantılanın azaldılması üzrə ləngimədən razılaşdırılmış fəaliyyət, yaşıl inklüziv və dayanıqlı inkişaf klimatik miqrasiyanın miqyasını 80 faiz azalda bilər.

Onların fikrincə, iqlimin dəyişməsi ölkələr daxilində miqrasiyanın güclü amilinə çevrilir və yaşamaq üçün vəsait qazanmaq imkanlarına təsir stərir.

«İnsanlar su defisitinin artması səbəbilə yerlərini dəyişməyə məcbur olurlar, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı aşağı düşür və dəniz səviyyəsi qalxır» - hesabatda deyilir.

Tədqiqatlar həm də göstərir ki, 2050-ci ilə qədər Afrika ölkələrində - Saxaranın cənubunda 86 milyon, Şərqi Asiya və Sakit okean bölgəsndə 49 milyon, Cənubi Asiyada 40 milyon, Şimali Afrikada 10 milyon, Latın Amerikasında 17 milyon, Şərqi Avropada və Mərkəzi Asiyada 15 milyon daxili klimatik miqrant meydana gələ bilər

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol