Menu

Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib

18.09.2021, 23:43
Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib

"Taliban" tərəfindən Əfqanıstanda özbək dilini rəsmi statusdan məhrum edən müvəqqəti qanun qüvvəyə minib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, qanuna əsasən İslam dininin sünni-hənəfi məzhəbi Əfqanıstanın rəsmi dini, puştu və dari isə rəsmi dil kimi qəbul edilir.

Eyni zamanda Əfqanıstanın şimal əyalətlərinin bir çox sakini özbək dilində danışır ki, bu da əhalinin 8-9 faizini təşkil edir. Ölkədə əhəmiyyətli sayda şiələr də var.

İcra hakimiyyətinin başçısı vətəndaşlar və ali məclis üzvləri tərəfindən seçilən prezident hesab edilir.

Bundan əlavə, ölkədə bir bayram təsis edilib - "İngilislərdən, ruslardan və amerikalılardan müstəqillik günü".

Şərhlər

Oxucu 2021-09-19 10:27:10

Axırki xristanlar məqsədlərinə çatdılar,dini olmasın milli olsun nə fərqi təki qırılan musalman olsun.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol