Vilayət Eyvazov polkovnik-leytenantı rəis müavini təyin etdi - ƏMR

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Kəlbəcər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Rübai Valehov vəzifəsindən azad edilib və Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, daha əvvəl Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışmış polis polkovnik-leytenantı İrza Nağıyev Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi təyin olunmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar