"VİRUSUN BİTMƏMƏSİ ÜÇÜN ÇALIŞAN ÇOX GÜCLÜ QÜVVƏLƏR VAR" - "Bar verən ağacı kəsərlər heç?"

“İndiki pandemiya olmasaydı, bu qədər şpris, bu qədər dərman, bu qədər tibbi avadanlıq, aparaturalar və s. satılacaqdımı? Kim idi, məsələn, D dimer, ferritin kimi az istifadə edilən analizlərin reagentlərini istifadə edən?”.

Bunu həkim reanimatoloq-anestezioloq Şahin Məmmədov "facebook" səhifəsində qeyd edib. Onun sözlərinə görə, COVID-19 virusunun müalicəsində istifadə edilən məşhur dərmanlar əvvəllər də var idi, amma yaxşı satış olmurdu. “Vaksin istehsal edənlər üçün pandemiya çoxdan arzuladıqları, göydəndüşmə fürsətdir. Hər ölkə çoxsaylı süni tənəffüs aparatları, cpap maskalar, geyimlər almağa məcbur oldu və s.

Süd verən inəyi, bar verən ağacı kəsərlər heç? Pandemiyanın davam etməsi, bitməməsi təkcə böyük farmakoloji mafiyalara yox, bir çox sahədə çoxsaylı oliqarxlara sərf edir. Yəni virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var. Onları COVID-19-un “daydayısı”, “krışası”, havadarları adlandırnaq olar. Vaxt var idi, ölkədə cəmi 50 nəfər COVID-lə xəstələnmişdi, ciddi qapanmalara gedilmişdi. İndi minlərlə infeksion xəstə var, vaksinasiyadan başqa heç bir tədbir görülmür. Ona görə də, siz yaxınlarınızı şəxsən özünüz qoruyun. Əhali sıx olan yerlərə getməyin, ara məsafəsini gözləməyə, gigiyenik qaydalara maksimum əməl etməyə çalışın”, - deyə azərbaycanlı həkim bildirib.

635x100

Şərhlər

Niyaməddin 2021-09-19 22:36:11

Hörmətli Şahin Məmmədovo dərin təşəkkürümüzü bildiririk, çox sağ olun, var olun. Allah qorusun sizi. Sizin dediklərinizlə 100% razıyıq. Sizi əmin edirik ki, bütün bunlardan millətin əksəriyyətinin xəbəri var. Zaman onların əleyhinə, bizim isə leyhimizə işləyir. Yerləri cəhənnəm olsun. Dünya və axirətdə rəzil, rüsvay olsunlar. Şərəfsizlər!

Eli 2021-09-19 18:52:44

Doktor çıc düzgün rey verir düz deyir.Men heç diger ölkerde bu ilde maraqlı olan mafioz qüvveleri demirem,ele bizde bu balaca ölkede ele hekimler,ele tibböğessrleri var ki onlara baxanda bizim bezi hüqüq mühafize orqanları be onların işçileri adama Melek tesiri bağışlayır ve inanın menim semimiyyetime bunlar onlardan qat qat insaflı ve mürvetlidirler.

Son yazılar