Azərbaycanda polis rəisinin müavini vəfat edib. "Report"un əldə etdiyi məlumata görə, Xızı Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Faiq Əbülhəsənov dünyasını dəyişib.
O, uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirmiş.
52 yaşlı rəis müavini qaraciyər transplantasiyası zamanı vəfat edib.


Şərhlər