Menu

Azərbaycanda jurnalist 31 yaşında vəfat edib

20.09.2021, 11:14
Azərbaycanda jurnalist 31 yaşında vəfat edib

Jurnalist Zaur Mehdiyev vəfat edib. "Report"un xəbərinə görə, o, ötən gecə 31 yaşında qəflətən dünyasını dəyişib.

Qeyd edək ki, Z.Mehdiyev 1990-cı il yanvarın 26-da anadan olub. Zaur Mehdiyev Bakı Dövlət Universitetinin tarix fakultəsini bitirib. O, Caliber.Az saytında yeni fəaliyyətə başlamasına baxmayaraq böyük uğur qazanıb. O, tarixçilərlə və ekspertlərlə maraqlı müsahiblər hazırlayırdı.

Allah rəhmət eləsin!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol