RUSİYADA UNİVERSİTETƏ SİLAHLI BASQIN - Ölənlərin sayı 8-ə çatıb, 14 nəfər yaralanıb - VİDEO (YENİLƏNİR)

Rusiyanın səhiyyə naziri Mixail Muraşko və təhsil naziri Valeri Falkov Permə, atışma baş verən unversitetə yola düşüblər.  “Report” TASS-a istinadən xəbər verir ki, onlar Permə ölkənin Baş naziri Mixail Mişustinin tapşırğı ilə gediblər.

Perm diyarının qubernatoru Dmitri Maxonin isə bildirib ki, hücum edənlərdən biri zərərsizləşdirilib.

Onun sözlərinə görə, hazırda ali məktəbdə atışma kəsilib, sakitlikdir.

***

Perm Dövlət Universitetinə silahlı hücumda ölənlərin sayı 8-ə çatıb.

“Report” xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.

***

Perm Dövlət Universitetinə silahlı basqın nəticəsində ölən və yaralananların sayı artıb. “Report” TASS-a istinadən xəbər verir ki, ölənlərin sayı 5-ə çatıb.

Hücum nəticəsində 14 nəfər yaralanıb.

***

Perm Dövlət Universitetinə silahlı hücum edən şəxs 18 yaşlı Timur Bekmansurovdur. “Report” Rusiya mediasına istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları terrorçunu saxlayıb.

T.Bekmansurov ilkin ifadəsində bu hücumu uşaqlıqdan planlaşdırdığını və 10-cu sinifdən bəri bunun üçün pul yığdığını deyib. O, həmçinin hansısa radikal təşkilatın üzvü olmadığını bildirib.

***

Rusiyanın Perm Dövlət Universitetə silahlı basqın olub. “Report” “Haber Global”a istinadən xəbər verir ki, hadisə nəticəsində üç nəfər ölüb, dörd nəfər isə yaralanıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar