Menu

Metrounun "Memar Əcəmi" stansiyasında qatarların hərəkətində problem yaranıb

20.09.2021, 13:35
Metrounun "Memar Əcəmi" stansiyasında qatarların hərəkətində problem yaranıb

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Memar Əcəmi" stansiyasında qatarların hərəkətində problem yaranıb.

Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

B.Məmmədovun sözlərinə görə, xəttə verilmiş sınaq qatarında nasazlıq yarandığı üçün "Memar Əcəmi" stansiyasında köməkçi qatar verilib:

"Köməkçi qatardan sərnişinlər düşürülüb. Sınaq qatarı xətdən çıxarılıb. Ümumən iki qatar arasında 12 dəqiqə yubanma olub".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol