Menu

İranda keçmiş kəşfiyyatçını öldürən qadın edam olundu

25.10.2014, 14:25

Edam-intiharİranda Kəşfiyyat Nazirliyinin keçmiş əməkdaşını qətlə yetirməkdə təqsirli bilinən 26 yaşlı qadın asılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Amnesty İnternational hüquq müdafiə təşkilatının çağırışlarına baxmayaraq, edam hökmü ləğv edilməyib.

Reyhan Cabbari ona təcavüz etməyə cəhd göstərən keçmiş kəşfiyyatçını 2007-ci ildə öldürüb. Hüquq müdafiəçilərinin fikrincə, cinayətin araşdırılması zamanı ciddi qanunsuzluqlara yol verilib. Ötən ay sosial şəbəkələrdə edam hökmünün ləğvi ilə bağlı kampaniya da başlamışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol