"DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı artırılıb

Prezident İlham Əliyev “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 387 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

"Report"un xəbərinə görə, dəyişiklikliyə əsasən, fərmanla təsdiq edilmiş “DOST” mərkəzlərində göstərilən xidmətlərin siyahısı” genişləndirilib.

Siyahıya əmək qanunvericiliyinin pozulmasına dair müraciətlərin qəbul edilməsi və mediasiya xidmətlərinin təşkili əlavə edilib.

635x100

Şərhlər

Aydın 2021-09-21 22:06:20

Kimin arxası varsa, o DOST mərkəzində işlə təmin olunur, işləməyərək aylıq əmək haqqısını alır.. Onlardan biri Şəkinin Köbər Zəyzid kənd sakini Rahim Yusifovdur ! Evdə oturaraq aylıq əmək haqqı alır, cavanlarımız isə işsizlik həyatı yaşayırlar !!!

Son yazılar