"Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığımız davam edir" - İsmail Dəmir

"Azərbaycanla müdafiə sənayesi sahəsində əməkdaşlığımız davam edir. Hətta müdafiə və müdafiə sənayesinin təşkilində daha yeni ortaqlıqların qurulması ilə bağlı əlimizdə ilkin nəticələr də var".

Bu fikirləri "Report"un yerli bürosuna açıqlamasında Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəisi İsmail Dəmir deyib.

Onun sözlərinə görə, hələlik əldə edilən yeni nailiyyətləri açıqlamaq tezdir: "Türkiyə ilə Azərbaycan arasında xüsusilə müasir texnologiyalarla işlənib hazırlanmış elektronik cihazlar sahəsində əlaqələr daha da genişlənib".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar