Menu

Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasına hazırlıq gedir

21.09.2021, 15:24
Azərbaycan-Belarus hökumətlərarası komissiyasının iclasına hazırlıq gedir

Azərbaycanın Belarusdakı səfiri Ülvi Baxşəliyev Belarusun xarici işlər nazirinin I müavini Aleksandr Quryanovla görüşüb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, görüşdə siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələləri, həmçinin beynəlxalq təşkilatlarda qarşılıqlı əlaqə müzakirə edilib.

Bundan başqa, diplomatlar ticari-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan - Belarus hökumətlərarası komissiyasının növbəti iclasına hazırlığın gedişatını nəzərdən keçiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol