Kompensasiya davası Avropa Məhkəməsində bitdi - Hökumət şikayətçilərə 64 min avro ödəməlidir

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sentyabrın 21-də Azərbaycandan göndərilmiş 7 ərizə üzrə qərarını elan edib.

"AzPolitika.info" xəbər verirki, bu barədə məhkəmə işləri üzrə hüquqi yardımla mşğul olan hüquqşünas Xalid Ağəliyev məlumat verib.

Onun sözlərinə görə, ərizələr birləşdirilib, bir qərar çıxarılıb:""Zülfiyyə Əliyeva və başqaları Azərbaycana qarşı" işdə ərizəçilər Səbail rayon sakinləridir. Onların mənzilləri 2011-12-ci illərdə yol tikintisi zamanı Bakı şəhər İcra Hakimiyyətinin sərəncamına əsasən, sökülmüşdü. Ərizəçilərə hər kv.m üçün 1500 Azərbaycan manatı (AZN) məbləğində təzminat ödənilmişdi, ancaq onlar ümumi məbləğin 30 faizinə barabər məbləğdə kompensasiyalara əlavəni ala bilməmişdilər".

Hüquqşünas qeyd edib ki, ərizəçilər AİHM qarşısında mübahisə üzrə milli məhkəmələrin qərarları onların Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi və Konvensiyanın 14-cü maddəsi iıə təminat altına alınan mülkiyyət və ayrı-seçkiliyin yolverilməzliyi hüququna zidd olduğunu iddia ediblər.

"AİHM ərizəçilərin iddialarını əsaslı hesab edib. Məhkəmə ərizəçilərə münasibətdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) pozulmasına qərar verib. Hökumət ərizəçilərə maddi zərərə görə ümumilikdə 43030, mənəvi zərərə görəsə isə hər birinə 3 000, ümumilikdə 64 min 30 avro təzminat ödəməlidir", - deyə X.Ağaəliyev əlavə edib.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar