Menu

Sabahdan teledərslərin təkrar yayımına başlanılır

21.09.2021, 17:34
Sabahdan teledərslərin təkrar yayımına başlanılır

Təhsil Nazirliyi “Dərs vaxtı” proqramı çərçivəsində teledərslərin təkrar yayımına start verir.

Nazirlikdən verilən məlumata görə, sentyabrın 22-dən I-IV, 29-dan isə V-XI siniflər üçün çəkilmiş teledərslərin təkrar yayımına başlanılacaq.

Dərslər həftənin 5 günü saat 10:00-dan 18:00-dək “Dərs vaxtı”nın rəsmi feysbuk səhifəsi üzərindən, eləcə də Təhsil Nazirliyinin rəsmi yutub kanalı vasitəsilə yayımlanacaq.

Teledərslər məktəbdə öyrəndiklərinizin daha yaxşı mənimsənilməsi üçündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol