Menu

Tehranın Ermənistandakı qaranlıq planı... - VİDEO

21.09.2021, 17:51
Tehranın Ermənistandakı qaranlıq planı... - VİDEO

Ermənistana şübhəli və naməlum mallar daşıyan İrana məxsus yük maşınları alternativ Tatev-Qafan yolu ilə hərəkət etməyə başlayıb.

Sosial şəbəkələrdə əksini tapan görüntülərdə İrandan gələn TIR-ların Gorus-Qafan yolunun Azərbaycan ərazisinə düşən hissəsindən yan keçməklə Ermənistana yük daşımağa davam etdiyi əks olunub.

“Azad İran” “Telegram” kanalının verdiyi xəbərə görə, İranın yük maşınları sözügedən yolda ciddi problem və təhlükələrlə üzləşir. Buna baxmayaraq, tankerlər və iri yük maşınları ilə mütəmadi olaraq daşınmalar həyata keçirilir.

İranlı sürücülərin ermənilərə görə bu cür canfəşanlıq etməsinin, hətta bir qədər dəqiq desək, həyatlarını təhlükəyə atmalarının arxasında qaranlıq və gizli məqamların dayanması şübhə doğurmur. Bəlkə də iranlı sürücülər daşıdıqları yükün ifşa olunmasından ehtiyat edirlər. Hər halda Gorus-Qafan yolunun Azərbaycanın nəzarətindəki hissəsindən keçərkən yoxlanacaqlarını bilən yük maşınlarının sürücüləri ciddi risk daşıyan yola qədəm qoymaqla nədənsə ehtiyat etdiklərini açıq-aşkar ortaya qoyurlar.

Bütün bu faktlar Ermənistana gizli yollarla daşınan həmin o naməlum yüklərin sonradan Ermənistandan Qarabağa aparıldığını deməyə əsas verir. Bununla İran həm qaranlıq və təxribat xarakterli əməllərinə davam edir, həm də özünün kirli addımlarını maksimum şəkildə gizlətməyə cəhd göstərir.

Şərhlər

Eli 2021-09-21 20:37:48

Burda heç bir qaranlıq mesele yoxdur.Sadece 30 illik işğal dövründe,yeni dere xelvet tülkü bey olanda fars molla rejimi Qarabağda narkobiznrz şebekesi yaratmış vr indi de dünyada zibillerinin üstü açılmadın deye el aysğa düşübler. Hem de maya batır axı bunlara İslam dinin temel prinsiplerini qorumaq yox pul servet lazımdır o da harda narkobiznesde.

Niyaməddin 2021-09-21 20:20:06

Niyə Laçın dəhlizini bağlamırıq? Qələt edir, başını divara döyür şərəfsiz məramlılar Laçın dəhlizinə nəzarət edir. Rədd eləmək lazımdır hamısını ordan. Türk hərbi bazaları dərhal Azərbaycanda qurulmalıdır ki, şərəfsizlər dabanlarına tüpürüb qaçsınlar..... Millət dövlətimizin yanındadır. Dövlətimiz heç nədən qorxmamalıdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol