"Ənənəvi təhsil prosesini uzada bilərik" - Təhsil naziri

"Yeni tədris ili ilə bağlı imzalanan təlimat bu gündən qüvvədədir".

"Report” xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, Təhsil müəssisələrində pandemiya qaydalarına dair təlimat təsdiqlənib: "Əvvəlki illərdə olduğu kimi mövcud şəraitə və sanitar epidemiya qaydalarına uyğun olunaraq tənzimlənib. Burada şagirdlərarası sıxlığın idarə olunması və prosesdə iştirak edənlərin peyvənd olunması ilə bağlı da tənzimləmələr var. İnanıram ki, risklər olsa da, təhsili davam etdirmək istəyi cəmiyyətin də marağında olacaq. Ara məsafəsi, gigiyena və peyvəndlənmə prosesində davamlı iştirak etməklə ənənəvi təhsil prosesini uzada bilərik".

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar