"UNİVERSİTETLƏRDƏ DƏRSLƏR QİSMƏN BƏRPA OLUNACAQ..." - "Girişlərdə üztanıma cihazları qoyulmalıdır ki..."

2020-ci ilin mart ayından keçən il yarımdan sonra ali və orta ixtisas təhsili müəssisələrində ənənəvi tədris ilk dəfə tam şəkildə 29 sentyabrda bərpa olunur. Bu gündən isə ibtidai siniflərdə dərslər başlanıb.

Nazirlər Kabinetinin açıqladığı qərara görə, bütün təhsil müəssisələrində karantin qaydalarından dolayı bir sıra məhduiyyətlər tətbiq olunacaq. Bura sosial məsafənin gözlənilməsi, şagirdlərə dərslərarası təmiz hava almaq imkanı verilməsi, habelə kütləvi toplaşmaq yasağının qoyulması və s. daxildir.

Təhsil eksperti Kamran Əsədov hesab edir ki, 29 sentyabrda ali və orta ixtisas təhsili müəssisələrində dərslər hibrid formada, yəni qismən bərpa olunacaq. Yəni tədrisi ilk növbədə zəruri olan fənlər ənənəvi qaydada, qeyri-ixtisas fənləri isə online-distant tədris ediləcək.

Ekspertin sözlərinə görə, bundan başqa əsas ixtisaslarda əgər auditoriyalarda tələbə sayı 60-70-i ötərsə, o mühazirə dərsləri online-distant tədris olunacaq, amma əsas ixtisas fənlərinin seminarları ənənəvi qaydada təşkil edilə bilər.

"Lakin auditoriyalarda tələbə sayı 60-dan az olarsa, o ixtisaslarda əsas ixtisas fənlərinin həm mühazirə, həm də seminar dərsləri auditoriyalarda təşkil edilə bilər. Bütün hallarda isə ixtisaslar üzrə əsas olmayan fənlərin online-distant keçirilməsi labüddür",-deyə K. Əsədov vurğulayıb.

Ekspert qeyd edib ki, əvvəlki kimi online-distant dərslərin müddəti 80 dəqiqə yox, 50-60 dəqiqə olmalıdır. Laboratoriya dərsləri, praktiki dərslər isə ənənəvi təşkil olunmalıdır.

Kamran Əsədov daha sonra bildirdi ki, universitetlərdə dezinfeksiya tədbirləri gücləndirilməli, avadanlıqlar quraşdırılmalıdır: "Tələbələrin təhsil müəssisələrinə daxil olanda COVID-19 pasportunun yoxlanılması böyük növbələrə və onların dərsə gecikməsinə gətirib çıxara bilər. Bunun üçün yaxşı olar ki, təhsil müəssisələrinin girişində üztanıma proqramı quraşdırılıb birbaşa pasportu yoxlamaq olar və tələbələri cəmi 1 dəfə yoxlamaqla sıxlığı aradan qaldırmaq mümkündür. Yəni tələbələri hər gün yoxlamağa ehtiyac olmayacaq. Eyni zamanda uzaqdan temperaturu yoxlayan cihazlar da giriş qapısının ağzında quraşdırılmalıdır".

"AzPolitika.info"

635x100

Şərhlər

Seyid veteran 2021-09-22 13:30:42

K.Əsədov nəzəri nə mülahizə irəli sürürsə, praktikada onun əksi olur.

Son yazılar