ŞİRİN, YOXSA XORUZUN QUYRUĞU? – İranın həqiqi siması üzə çıxdı + VİDEO

Ərdəbilin imamcüməsi ayətullah Seyid Həsən Amili ölkəmizə qarşı qərəzli çıxışları ilə tanınır. İranın ali dini liderinin Ərdəbildəki nümayəndəsi son olaraq Azərbaycan və Türkiyəyə qarşı çıxışları ilə gündəmə gəlib.

“Azad İran” “YouTube” kanalında yayımlanan videoda isə ayətullahın qərəzli və pafoslu çıxışının arxasında dayanan əsl məqamlar ifşa edilib.

Göstərilib ki, ayətullah Azərbaycana qarşı sərt çıxış etməsinə əsas kimi Milli Məclisin deputatının İranla bağlı çıxışındakı fikirləri göstərib. Lakin həmin fikirlər kontekstdən çıxarılıb və əsl məzmunu dəyişdirilərək şərh edilib. Üstəlik həmin ifadələr ayətullahın iddia etdiyi kimi Azərbaycan-Türkiyə-Pakistan birgə təlimləri zamanı da səsləndirilməyib.

Seyid Həsən Amili bununla əslində ölkəsinin Azərbaycanda keçirilən təlimlərdən və 44 günlük müharibədən sonra Azərbaycanla Türkiyənin regionda artan nüfuzundan duyduğu narahatlığa başqa don geyindirməyə çalışıb.

Ətraflı videoda:

635x100

Şərhlər

Ələmdar Məmmədov-hüquqşünas 2021-09-23 20:40:35

Cənab Amili! 1990-cı ildı Cəlilabad rayon prokuroru vəzifəsində işləyərkən sərhəd pozuntusu ilə əlaqədar bir hadisəni sizə xatırlatmaq istəyirəm. 1990-cı ilin isti avqust günlərinin birində Qərargaha gedərək,müvəqqəti saxlama kamerasına baxış keçirmək istədiyimi bildirdim. Əvvəlcə etiraz etdilər və bildirdilər ki, müvəqqəti saxlama kamerasına yalnız hərbi prokurorun baxış keçirmək hüququ var. Lənkəran qarnizon hərbi prokuroru ilə danışdıq. Uzun müzakirə və mübahisələrdən sonra baxış keçirməyə icazə verildi (İlk dəfə idi ki, mülki prokuror müvəqqəti saxlama kamerasına girə bilirdi). Saxlanc yerinin üstü məftillə örtülmüş həyətinə girəndə məni dəhşət bürüdü. On bir nəfər adamı əlləri arxadan baglanmış vəziyyətdə, ağzı üstə uzatmışdılar. “Nə vaxtdan belə vəziyyətdəsiniz”, deyə soruşduqda “Dörd-beş saat olar ki, bizi bu vəziyyətdə saxlayırlar” – cavabını verdilər. Məni müşayiət edən zabitdən hansı əsasa görə, bu insanların əllərini bağlayıb, ağzı üstə uzatmısınız deyə soruşdum. Cavab verdi ki, axşam onları öz xahişləri ilə qeyri-rəsmi qaydada İran ərazisinə keçirməliyik. Əlləri açıq olsa maşından düşüb qaça bilərlər. Mən çox əsəbiləşmişdim. Onların əllərini açdırıb, su, yemək gətizdirdim. Sonra hərbi prokurorla danışıb, tərtib etdiyim protokolu tədbir görülməsi üçün ona göndərdim (Mülki prokurorun hərbçilər haqqında tədbir görmək hüququ yox idi). Bir neçə gündən sonra hərbi prokurorla birlikdə saxlanc yerinə baxış keçirdik. Vəziyyət düzəlmişdi. Bundan sonra belə hallar təkrar olunmadı. Bir neçə ildən sonra İrana gedən bir tanışımdan saxlanılan şəxslərdən biri məni soruşmuş və salam göndərmişdi…

Niyaməddin 2021-09-22 17:31:45

Çaqqalın, kaftarın quyruğu olar sizin quyruğunuz, ay ...molla! Nəşəni çəkib 5 il dala düşmüsən ay səni və sizi görüm lənətə gələsiniz. Qüdrət bəyin ağzına sağlıq! Şərəfsizləri xəritədən siləcəyik. İran torpaqları başdan ayağa Azərbaycanımıza aiddir. Bizim olanı isə inşə Allah sökə-sökə, söyə-söyə, döyə-döyə alacağıq!

Xeqani 2021-09-22 14:10:52

Belə çıxır ki ,şeyx iranın bakıda təmsilçisidir...

Tahir 2021-09-22 14:08:44

Lotusan əəə? Bu nə danışıqdı? Nə şir? Sən bəyəm şir görmüsən? Görməmisən.Sənin gördüyün şir bizim qonşu Xoşqədəmin qara pişiyi olar. Şirin adını çəkmə. Şeirdən ayıbdı. Əsil şiri görmək istəyirsənsə öz sərhədinin şərqinə tərəf boylan, həm də ehtiyatla boylan ki yuxudan ayıltmayasan. Yoxsa ayılar, yediyin ..xdan xəbər tutar, bir anda caynagını keçirər ......Əstəğfürullah, lənət şeytana. Əhli ibadətəm. Az qalmışdı ki, küfr eləyim..Xülasə ki, agıllı olun.

Tahir 2021-09-22 13:43:13

Nə şir? Türkün sözü, boş verin. Yəni bu mollanın cavabı sadədir:.....Yeri gəlmişkən; Şeyxülislam iki ayağın bərk bərk bir başmağa dirəyib ki, "karam heç nə eşitmirəm, koram görmürəm, duymuram." Yalandısa inşəallah dogru olsun. Amin ya rəbbil aləmin!!!! .

Son yazılar