Menu

Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb

22.09.2021, 13:38
Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb

Koronavirusa yoluxan tanınmış jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Yeni klinikadan "Report"a bildirilib, jurnalistin vəziyyəti ağır-stabil olaraq qalır.

"Fasiləsiz böyrək əvəzedici terapiya olunur və ECMO ilə orqanizm dəstəklənir", - xəstəxanadan bildirilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan jurnalist daha sonra "Yeni Klinika"ya köçürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol