Türkiyə 2023-cü ilə qədər pilotsuz döyüş təyyarəsinin istehsalını planlaşdırır

“İnşallah, 2022-ci ildə “Bayraktar TB3” pilotsuz uçuş aparatı (PUA) ilk uçuşunu keçirəcək”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraktar deyib.

“2023-cü ilə qədər pilotsuz döyüş təyyarəsi ilə bağlı layihəni reallaşdırmağı hədəfləyirik”, - deyə S. Bayraktar vurğulayıb.

O, Azərbaycanın “Tək Vətən Hərəkatı”nda istifadə edilən “Bayraktar TB2”-lərin müharibənin doktrinasını dəyişdirdiyini də xatırladıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar