Senyabrın 23-də Cənubi Afrika Respublikasinda Azərbaycandakı “Horizon Təhsil Agentliyi Şirkəti” Cənubi Afrika Mədənçilik və Metallurgiya İnstitutu və NALA Konsultasiya şirkəti ilə birgə üçüncü dəfə Qlobal Mühəndislik Simpoziumu keçiriləcək.
Şirkətdən “AzPolitika.info”-ya daxil olan məlumata görə, simpozium Cənubi Afrika Respublikasında ilk dəfə təşkil olunacaq. Məlumatda qeyd olunur ki, dünyanın müxtəlif ölkələrində yerləşən universitetlərdən çağırılacaq professorlar və xarici şirkətlərdən dəvət olunmuş mühəndislər tədbirdə çıxış edəcək, öz təcrübələrini tələbələr, mühəndislər, iqtisadçılar və maliyyəçilərlə bölüşəcəklər. Hazırda Almaniya, Kanada, Estoniya, Polşa, Niderland, Cənubi Afrika və Azərbaycan kimi ölkələrdən spikerlər dəvət olunub. Xarici tələbələr və mühəndislər üçün tədbirə onlayn qoşulmaq imkanı da mövcuddur.
Xatırladaq ki, Azərbaycanda 2019 və 2020-ci ilin mart aylarında "Horizon Education Agency’’ və Almaniyanın “Freiberg universiteti”nin dəstəyi ilə “1st və 2nd Global Engineering Symposium” keçirilib.
“AzPolitika.info”


Şərhlər