Menu

Hacıqabul rayonunun bəzi kəndlərində su kəsiləcək

23.09.2021, 10:22
Hacıqabul rayonunun bəzi kəndlərində su kəsiləcək

Oğuz-Qəbələ-Bakı su kəmərində planlı təmir işləri aparılacaq.

Məlumata görə, bununla əlaqədar 23-25 sentyabr tarixlərində Hacıqabul rayonunun kəmərdən qidalanan kəndlərinə suyun verilişi dayandırılacaq, eyni zamanda Abşeron rayonunun, Bakının Binəqədi və Yasamal rayonlarının bəzi ərazilərinə suyun verilişi müddəti azaldılaraq tənzimlənən rejimlər tətbiq olunacaq.

"Azərsu" yaranacaq yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol