Menu

Siyəzənin iki kəndinə içməli su verildi - FOTOLAR

23.09.2021, 11:33
Siyəzənin iki kəndinə içməli su verildi - FOTOLAR

Siyəzən rayonunun Sədan və Eynibulaq kəndlərinin əhalisi içməli su ilə təmin olunub.

"AzPolitika.info" xəbər verir ki, bu barədə adıçəkilən rayonu Milli Məclisdə təmsil edən millət vəkili, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov "Facebook" hesabında məlumat verib. O bildirib ki, sentyabrın 22-də bu münasibətlə keçirilən mərasimdə icra başçısı Novruz Novruzov və “Azərsu” ASC-nin sədr müavini Etibar Məmmədovla birlikdə iştirak ediblər.

"Tanrı cənab Prezidentimiz İlham Əliyevə uzun ömür və can sağlığı versin! Onun diqqət və qayğısının nəticəsidir ki, xalqımızın bütün sahələrdə olduğu kimi, sosial sahədə də problemləri aradan qaldırılır. Bu gün Sədan və Eynibulaq kənd sakinlərinin üzündəki sevinc məni də xoşbəxt etdi. Hər kəsə xoşbəxtlik arzulayıram!", - deyə millət vəkili sosial şəbəkədəki paylaşımında vurğulayıb.

"AzPolitika.info"







Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol