"Bir çox hallarda tələbələr xaricdə təhsil aldıqları ölkənin dini-ideoloji təbliğatına məruz qalırlar. Nəticədə, Azərbaycana qayıtdıqdan sonra həmin ölkənin ideologiyasını, dini təlimlərini təbliğ etməyə başlayırlar. Ona görə də Azərbaycanlıların İrana gedərək din təhsili almasının qadağan olunması ilə bağlı mexanizmlər düşünülməlidir".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov deyib.
Deputat bildirib ki, gənclərə ölkədə kifayət qədər yaxşı təhsil verən ali məktəb olduğunu və xaricdə din təhsili almağa ehtiyac olmadığını aşılamaq lazımdır: "Əvvəlki dövrlərdə, yəni Azərbaycan yeni müstəqillik əldə etdiyi vaxtlarda bir çox vətəndaşımız İrana gedərək orada dini təhsil alıb ölkəyə qayıdırdılar. İndi isə Azərbaycanda İlahiyyat İnstitutu var və bir neçə ildir ki uğurlu fəaliyyət göstərir. Azərbaycan vətəndaşlarının dini təhsil almaq üçün xaricə getmələrinə zərurət yoxdur. Bizim tələbələr Azərbaycanda təhsil alaraq müəyyən bilik və savada yiyələnə bilərlər. Ümumiyyətlə, bir neçə ildir ki, aiddiyyatı qurumlar bu məsələyə ciddi nəzarət edirlər ki, ölkədən din təhsili üçün xarici universitetlərə kütləvi axın olmasın. Hesab edirəm ki, gənclər dini təhsil üçün elə öz ölkəmizə üstünlük verməlidirlər. Son illər xaricə təhsilə gedənlərin sayında azalma müşahidə edilir. Azərbaycanlıların İrana gedərək din təhsili almasının qadağan olunması ilə bağlı mexanizmlər düşünülməlidir. Ümumiyyətlə, bir sıra suallara cavab tapmaq lazımdır: bu mexanizm hansı formada qurula bilər?
Əgər belə bir qayda icra olunacaqsa, təkcə İran yox, bütün xarici dövlətlərə şamil edilməlidir. Məsələ ciddi şəkildə araşdırılmalıdır. Xaricdə təhsillə bağlı əksər hallarda diplomlar tanınmır və həmin şəxslərin işlə təmin olunmasında müəyyən çətinliklər yaranır. Hesab edirəm ki, burada inzibati tədbirlərdən daha çox ölkədə tədris edilən dini təhsili gücləndirmək alternativdir. Milli kadrların yetişdirilməsi istiqamətində səylə çalışmalıyıq. Daha sonra isə həmin kadrlar məscidlərdə, ali təhsil müəssisələrində, dövlət qurumlarında işlə təmin olunmalıdırlar. Bununla da biz kənar təsirlərin qarşısını ciddi şəkildə ala bilərik. Hesab edirəm ki, bizim əsas işimiz kadr yetişdirmək və gənclərin xaricdə din təhsili alma meyillərinin qarşısını almaq üçün maarifləndirmə işi aparmaqdır".


Şərhlər
Bəzi məmurların , deputatların öz vəzifələrinin yerinə yetirilməsi haqqında söylənən fikirlər, ya onların ünvanına deyilən tənqidlər, təhkirlər yox nə vaxtdan yasaq olunub Yoxsa bizim Konstitusiya buna yol vermir?
Din təhsil sahəsi yox, İBADƏTdir! Onun qaydası (Türkiyədəki kimi) təsbit olunmalı və ümumi istifadə üçün onun haqda bilgilər kütləvi paylanmalıdır. SSRİni heç kəs buraxa bilməzdi? Sadəcə ibadət qaydası olmaması uzun illər acımış gözləri MÜLKƏDARIGA hərislədi?
Raziyam.Cunki tanidigim bir genc illerdir ki ailesi ile beraver ishlemeden Qum sheherinde yashayir.Ne hesaba yashayir billen yox
Dini təhsil almaq istəyənləri ancaq Türkiyəyə göndərmək lazımdır.
Bunu qazetə yazmaq asandır Bu olur el arasında fikirin Bildirilməsi Deputat təşəbüslə Milli Məclisdə çıxış etməlidir və həmkərlarına bunu çatdırmalıdır Lap təhsil haqqında qanuna dəyişilik etməsi haqqında təklif verməlidir Yoxsa sosial şəbəkəyə şəxsi fikir yazmaq .......
DEPUTATLA HƏMRƏYİK. AMMA ADI GEDƏN QADAĞANI TƏKCƏ İRANA TƏTBİQ ETMƏ ŞƏRTİ İLƏ. ÇÜNKİ QAPISINDAN İÇƏRİ KEÇƏN HƏR KƏSƏ ŞİPİONAJLIQ TƏKLİF EDƏN ÖLKƏ TƏKCƏ İRANDIR. MƏN BU ÖLKƏNİ CİDDİ ÖLKƏ HESAB ETMİRƏM. ZƏHLƏM BİRCƏ İRANDAN GEDİR. ... BUNU XAMNEYİ OXUSA ŞAD OLARAM
Əla fikirdir! Qadağan olunmalıdır!
beli.umumiyyetce xiyar olkelerden uzaq durmaq lazimdir.xususilede dine yaxin kutlelerden
deputatı bu məsələdə dəstəkləyirik!
Biz də istəmirik ki, dini təhsil üçün İrana gedilsin! Bunu qadağan etmək lazımdır!
men bunu sizin saytlarda bir il qabaq sehr bolmesinde yazmisdim.Basqa olkelerde' xususi ile Rusiya ve iraanda dini"elecede herbi tehsil qadaga edilmelidir.Respublikada din ve dindarlar nezaretde saxlanmali qanunlar cercivesinde idare olunmalidir.
BAŞQA ÖLKƏLÖRƏ XÜSUSƏN İRANA TƏHSİL ALMAĞA QƏTİYYƏN YOL VERMƏK OLMAZ.ONLARA AZƏRBAYCANDA DİNİ VƏZFƏ DƏ VERMƏK OLMAZ.2 İL BUN DAN QABAQ YASAMALDA YAS MƏRASİMİNDƏ İŞTİRAK EDİRDİM .MOLA SÖZÜNÜN ƏVVƏLİNDƏ VƏ SONUN İRAN MOLLALARINDAN İXTİBAS GƏTİRİB ONLARI TƏBLİĞ EDİRDİ.