Menu

Bu il 1731 nəfər daxil olduğu ali məktəbdə oxumaqdan imtina edib

23.09.2021, 17:54
Bu il 1731 nəfər daxil olduğu ali məktəbdə oxumaqdan imtina edib

Ali təhsilin bakalavriat səviyyəsinə qəbul olmuş abituriyentlərdən 44 111 nəfər daxil olduqları təhsil müəssisələrində qeydiyyatdan keçib.

Bu barədə Təhsil Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edək ki, ixtisas seçiminin nəticələrinə əsasən, ali təhsil müəssisələrinə 44 861 nəfər, boş qalan plan yerlərinə müsabiqə nəticəsində isə 981 nəfər qəbul olunub. Beləliklə, ümumilikdə 45 842 abituriyent ali təhsil müəssisələrinə qəbul edilib. 1731 nəfər isə daxil olduğu ali məktəbdə qeydiyyatdan keçməyib.

Qeyd edək ki, müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndirilir və onun qəbul haqqında əmri ali məktəbə göndərilmir.

Şərhlər

Hərbi pensiyaçı 2021-09-24 07:52:05

500 bal toplayıb ancaq pulu yoxdur, 300 bal toplayıb ancaq pulu var. Sonra da deyirlər təhsil aşağı gedir. Keçmişdə belə bir şüar var idi. "Bilik əsas meyardır" indiki şüar belədir"pul əsas meyardər" Çin xalq məsəli: keçmişini unutma o gələcəyin müəllimidir!!!

Xalq 2021-09-23 19:16:27

Çox təəsüf ki, təhsil haqqına görə 1731 övladımız ali təhsildən imtina etdi!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol