Menu

"Barselona" türkiyəli futbolçunu transfer edib

23.09.2021, 20:18
"Barselona" türkiyəli futbolçunu transfer edib

İspaniya "Barselona"sı Türkiyənin "Kayserispor" komandasının futbolçusu Emre Demiri heyətinə qatıb. "Report" Kataloniya təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 17 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Türkiyənin U-17 yığmasının da formasını geyinən gənc oyunçu yeni komandasına cari mövsüm başa çatdıqdan sonra qoşulacaq.

Bu keçid üçün qarşı tərəfə 2 milyon avro təzminat ödəyən "Barselona" futbolçuya 400 000 000 avro qiymət qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol