Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Oruca (Bəyturan) üzvlük vəsiqəsi təqdim olunub.
Bu barədə "Report"a partiyadan məlumat verilib.
YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub. Bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da böyük əhəmiyyət daşıyır.
Vətən müharibəsinin başlanmasından bir ilə yaxın vaxt ötdüyünü deyən YAP sədrinin müavini qeyd edib ki, 44 gün davam edən bu müharibədə qələbəmizi şərtləndirən əsas amilərdən biri xalq-iqtidar birliyi və vətəndaş həmrəyliyidir. Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Müzəffər Ali Baş Komandana və ordumuza dəstək nümayiş etdirməsi bunu bir daha təsdiqləyir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti nümunəsidir.
Yeni Azərbaycan Partiyasının qarşısında böyük vəzifələr dayanır. Bu vəzifələrin yerinə yetirilməsi üçün partiya üzvləri monolit qüvvə kimi bütün imkanlarını səfərbər etməlidir. Tahir Budaqov YAP-ın sıralarına qoşulmuş 6 siyasi partiyanın nümayəndələrinin də partiyamızın həyatında fəal iştirak edəcəyinə inandığını söyləyib.
Milli Qurtuluş Partiyasının sabiq sədri Vüqar Bəyturan göstərilən etimada görə Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevə təşəkkür edib və bundan sonra YAP üzvü kimi üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacağına söz verib.
Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov partiyanın üzvlük vəsiqəsini Vüqar Oruca təqdim edib.


Şərhlər
O zaman bu 6 pqrtiya partiyalar siyahisindən silinməlidir.Çünki artıq onların qalmasınınn mənası olmur.Onsuz da onlar 1-2 nəfərdənibarət fiktiv partuiyalardır.Yalnız adları qalıb.
Bu partiyada ondan bashqa bir shexs var idi yeni?
da iqtisadiyyatı bərpa etmək olmur.Büdcə rüsumlar,cərimələr və qiymət artımlarının üzərində formalaşır,nə vaxta kimi?"
Bəs milli qurtuluşumuzun taleyi necə olacaq! Day qurtulası olmadıq ay Bəy Turan bəy? Hıy?