Menu

“2024-cü ilə kimi ən ucqar kəndə belə internet çatdıracağıq” - Rəşad Nəbiyev

24.09.2021, 11:17
“2024-cü ilə kimi ən ucqar kəndə belə internet çatdıracağıq” - Rəşad Nəbiyev

“Bu gün dünyada 3,6 milyard insanın internetə çıxışı olmadığı kimi, Azərbaycan da bundan xali deyil. Bu gün ölkədə kifayət qədər insanın internetə çıxışı yoxdur və qarşımızda duran məqsəd 2024-cü ilə qədər fiberin evə kimi çatdırılması məsələsidir".

“Report” xəbər verir ki, bunu nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Bakıda keçirilən “Post COVID -19 və 4-cü sənaye inqilabı perspektivlərində təhsilin dizaynı” mövzusunda beynəlxalq konfransda bildirib.

“Bununla bağlı Prezidenti İlham Əliyevin tapşırıqları var. Rəqəmsal transformasiya üçün lazım olan ana təməllərdən infrastrukturun qurulmasıdır ki, onun üzərində biz artıq çalışırıq. Tam məsuliyyətimlə deyirəm ki, biz 2024-cü ildə bütün Azərbaycanda, ən ucqar kəndində belə həmin inklüzivliyi təmin etmək üçün interneti çatdrımış olacağıq”, - nazir bildirib.

Şərhlər

Poçt əməkdaşı 2021-09-24 12:47:05

Rəşad bəy Sizə nazir kimi bir sualım var: necə olur ki, fəaliyyətinə nəzarət etməli olduğunuz "Azərpoçt" MMC də poçt əməkdaşları 255 manat əmək haqqı aldığı halda Sizin həmin qurumda vəzifəyə təyin etdiyiniz əvvəlki iş yoldaşınız indiki dostunuz qurumun baş direktoru Əfqan Cəlilov 13 900 manat əmək haqqı alır? Özüdə zərərlə işləyən dövlət təşkilatında

Bəhram 2021-09-24 11:32:46

Ucqar və ya MƏRKƏZ, Azərbaycanın hər bir ailəsi, məktəbi, idarə orqanı, istehsal sahəsi ilə DÖVLƏTin birbaşa təhlükəsiz rabitəsi və daimi radiosu-interneti gərəkdi? Bunu münaqişə və müharibə şəraiti qətiyyətlə tələb edir! Ölkəmizdə düşmənlər belə hələlik qalır və yaşamaqdadırlar?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol